MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 160 ____________________________
ITIL LAYİHƏSİ
ITIL/ITSM
modeli
informasiya
texnologiyaları
infrastrukturu üzrə kitabxana
(ITIL) layihəsi əsasında meydana
çıxmışdır. İnformasiya texnologiyaları
infrastrukturu üzrə
kitabxana layihəsi 1980-ci illərin
əvvəlində Böyük Britaniya
hökuməti tərəfindən irəli sürülmüş
və informasiya sistemləri
xidmətinin idarə edilməsi sahəsindəki qabaqcıl təcrübə barədə
məlumatların toplanması və
ümumiləşdirilməsi məqsədi
güdmüşdür. Əvvəlcə bu layihədə
dövlət müəssisələri iştirak
etdilər, 1980-ci illərin sonlarından məsləhtçi şirkətlər, 1990-cı
illərin əvvəllərindən isə qeyri-hökumət təşkilatları bu layihənin
istehlakçısına çevrildilər. Bu zaman informasiya texnologiyaları
infrastrukturu üzrə kitabxanasının ilk nəşri işıq
üzü gördü və
informasiya texnologiyaları infrastrukturu üzrə kitabxanası
layihəsi beynəlxalq xarakter aldı.
Hal-hazırda bu layihənin sahibi hökumət təşkilatlarında
kommersiya əməliyyatlarının cəmləşdirildiyi
OGC (Office of
Government Commerce) adlı hökumət strukturudur. Kitabın
nəşri ilə
TSO (The Stationery Office) məşğul olur. Bu da Böyük
Britaniyada hökumət idarəsidir.
Layihənin xüsusiyyəti onun
nəticələrindən istifadə
azadlığıdır:
•
İstifadə üçün məhdudiyyət yoxdur;
•
Modelin materialları tam və qismən istifadə edilə bilər;
•
Model informasiya texnologiyaları infrastrukturu üzrə
kitabxana kitabının mətninə tam uyğun da istifadə edilə
bilər,
istifadəçi
tərəfindən
adaptasiya
edilmiş
(uyğunlaşdırılmış) şəkildə də istifadə edilə bilər.
Buna görə bu model informasiya texnologiyaları
servislərinin idarə edilməsində geniş tətbiq edilir. İnformasiya