MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 156 ____________________________
Beləliklə, informasiya sistemlərinin xidməti funksiyaları ilə
informasiya texnologiyaları parametrləri arasında
birbaşa və
birqiymətli uyğunluq yoxdur. İnformasiya texnologiyaları
servisinin keyfiyyəti bir-neçə informasiya texnologiyaları
funksiyası ilə təmin edilir. Həmçinin, eyni informasiya
texnologiyaları funksiyası bir-neçə informasiya texnologiyaları
servisinin təminedicisi ola bilir. İşin
bu tərəfi idarəetmə
prosesində bir-sıra problemlər yaradır:
•
Servisin
keyfiyyəti
müxtəlif
funksiyaların
əlaqələndirilməsini tələb edir. Bu işi çox zaman yuxarı
təşkilat yerinə-yetirir. Bunun nəticəsində yuxarı səviyyə
rəhbəri həddən artıq işlə yüklənir ki, bunun da
nəticəsində
ya qərar gecikir, ya da qərarın keyfiyyəti
lazımi səviyyədə olmur.
•
İdarəetmə məsuliiyətli işdir, çünki servisin parametrləri
servisin keyfiyyətini təyin edir. Buna görə də həmin
parametrlərə cavabdehlik məsuliyyətli şəxsə tapşı-
rılmalıdır.
•
“Kontakt nöqtəsi”, yəni funksiyaların əlaqələndirilməsini
reallaşdıran idarəedici
subyektin bütün işlərin
öhdəsindən gələ bilməsi problemi vardır.
Beləliklə, fəaliyyətin funksional təşkili informasiya
sistemləri xidmətinin cari fəaliyyətini təmin etsə də,
bütün
problemləri həll etmir. Çünki bu halda “kontakt nöqtəsi”
problemi həlledilməz olur.