MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 151 ____________________________
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİNİN
TƏŞKİLATI STRUKTURU
İnformasiya sistemləri xidmətinin
təşkilati strukturu
çoxsaylı amillərdən asılıdır. Bunlardan bəziləri aşağıdakılardır:
•
İnformasiya sistemləri xidmətinin miqyası – daha iri
informasiya sistemləri xidməti daha mürəkkəb və
paylanmış təşkilati quruluşa malik olur;
•
Sahəvi aidiyyət – informasiya
sistemləri xidmətinin
təşkilati strukturu müəyyən struktur bölməsinin mövcud
olub-olmaması ilə əlaqədar olaraq kəskin fərqlənə bilir;
•
Təşkilatın ərazi üzrə paylanması – uzaqda yerləşən
bölmələrin və filialların mövcudluğu informasiya
sistemləri xidmətinin təşkilati
strukturunu əhəmiyyətli
dərəcədə dəyişir.
İnformasiya sistemləri xidməti funksiyalarının təşkilati
struktur üzrə paylanması 3 təməl struktur sxeminə əsaslanır:
1.Müstəvi (bir səviyyəli, sadə)
struktur sxemi - kiçik
ölçülü xidmət üçün xarakterikdir;
2.Geniş struktur sxemi - iri xidmət üçün xarakterikdir;
3.Divizyon struktur sxemi - ərazi üzrə uzaq məsafələrdə
yerləşmiş ofisləri olan şirkətlər üçün xarakterikdir.
Müstəvi struktur sxemində planlaşdırma funksiyası
informasiya sistemləri xidmətinin rəhbəri informasiya
sistemləri üzrə vitse-prezidenti tərəfindən icra edilir. Bu
quruluşda fərz edilir ki, idarə informasiya sistemləri üzrə vitse-
prezidentə, bölmə idarəyə, qrup bölməyə tabedir.
Bilavasitə
informasiya sistemləri üzrə vitse-prezidentə tabe olan idarə
informasiya sistemlərinin işlənib hazırlanması, satın alınması,
tətbiqi, idarə edilməsinin müşayiət edilməsi, informasiya
texnologiyaları servislərinin idarə edilməsi funksiyalarını