MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 153 ____________________________
yerinə-yetirir. Layihə ofisi layihə işlərinin uçotunu aparır,
layihə resurslarının (Binalar, görüşlər, ezamiyyətlər və s.)
dispetçerlənməsini həyata keçirir.
Geniş strukturda həm şaquli, həm də üfqi ayrılmalar
daha çoxdur. Burada istər idarə heyəti, istərsə də müşayiətin
idarə edilməsi daha mürəkkəb struktura malikdir. Belə ki,
müşayiətin idarə edilməsi strukturunda
verilənlərin ötürülməsi
şöbəsi fəaliyyət göstərir ki, bu da təşkilatın lokal və qlobal
şəbəkələrini, fəal şəbəkə avadanlıqlarını özündə birləşdirir. Bu
şöbənin tərkibində
fəal şəbəkə avadanlıqları (serverlər,
kommutatorlar,
marşrutizatorlar
və
s.
)
qrupu,
strukturlaşdırılmış kabel şəbəkəsi (Elektrik və telefon kabelləri
şəbəkəsini və lokal hesablayıcı şəbəkənin kabel şəbəkəsini
əhatə edir) qrupu və
rabitə qrupu fəaliyyət göstərir.
Geniş
strukturda
metrologiyanın
və
istehsal
avtomatikasının
idarə
edilməsi
bölməsi
istehsal
müəssisələrində - texnoloji proseslərin avtomatlaşdırılması
sistemini (TP AİS),
ticarətdə - mal yeridilişinin uçotu sistemini
və bununla birlikdə rəqəmsal tərəziləri və kassa aparatlarını,
bankda - bankomatları idarə edir. Metrologiya şöbəsi
cihazların saz işləməsinə cavabdehdir.
Müxtəlif ölkələrdə və müxtəlif şəhərlərdə yerləşən və
olduqca geniş fəaliyyət sferasına malik olan bütün informasiya
sistemlərinin vahid mərkəzdən müşayiət edilməsi çətin və ya
iqtisadi cəhətdən səmərəli olmadıqda
divizyon strukturdan
istifadə edilir. Bu halda müşayiətin idarə edilməsi uzaq ofislər
üzrə paylanır ki, bu da idarəetmə nəzəriyyəsində
divizyon
adlanır. Hər bir divizyon bir departamentdir. Buna nümunə
olaraq neft şirkətinin informasiya sistemləri xidmətinin
strukturuna baxaq. Neft şirkətləri müxtəlif regionlarda
yerləşən bölmələrə malik olur və bu bölmələrin hər biri xeyli