Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə94/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 150 ____________________________ 
heyətinə təqdim edilən sənəd bütün maraqlı tərəflərlə 
razılaşdırılmış olmalıdır. 

İnformasiya sistemlərinin inkişafı strategiyasının 
təşkilatın 
idarə 
heyətində 
baxılmasınadək 
razılaşdırılması. 

Təşkilatın biznes-planının planlaşdırma üzrə komitədə 
baxılmasınadək razılaşdırılması (Bu komitə biznes-planla 
maliyyə planını razılaşdırmaq funksiyasını da icra edir). 

İnformasiya sistemləri sahəsində arxitektura və 
korporativ 
standartlarda 
edilən 
dəyişikliklərin 
bəyənilməsi. 

İnformasiya sistemləri üzrə iri layihələrin tərtibi, tətbiqi 
və istismara buraxılmasına dair texniki tapşırıqların 
təsdiqi. 

Təşkilatın 
informasiya 
sistemlərində 
edilmiş 
dəyişikliklərin təsdiqi. 
İnformasiya sistemləri xidməti də 3 səviyyədə: 

Yüksək səviyyədə - vacib strateji qərarların və 
sənədlərin təsdiqi ilə məşğul olan təşkilatın idarə heyəti 
tərəfindən;

Orta səviyyədə - informasiya sistemləri xidməti və 
sifarişçi bölmələrinin maraqlarının razılaşdırılması 
səviyyəsində CIO – İNSİ xidməti rəhbəri, dəyişiklikləri 
qiymətləndirmə və planlaşdırma komitələri tərəfindən;

Aşağı səviyyədə - informasiya sistemləri xidməti 
funksiyaları səviyyəsində informasiya sistemləri xidməti 
bölmələri tərəfindən idarə olunur. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 151 ____________________________ 
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİNİN 
TƏŞKİLATI STRUKTURU 
 
İnformasiya sistemləri xidmətinin təşkilati strukturu 
çoxsaylı amillərdən asılıdır. Bunlardan bəziləri aşağıdakılardır: 

İnformasiya sistemləri xidmətinin miqyası – daha iri 
informasiya sistemləri xidməti daha mürəkkəb və 
paylanmış təşkilati quruluşa malik olur; 

Sahəvi aidiyyət – informasiya sistemləri xidmətinin 
təşkilati strukturu müəyyən struktur bölməsinin mövcud 
olub-olmaması ilə əlaqədar olaraq kəskin fərqlənə bilir; 

Təşkilatın ərazi üzrə paylanması – uzaqda yerləşən 
bölmələrin və filialların mövcudluğu informasiya 
sistemləri xidmətinin təşkilati strukturunu əhəmiyyətli 
dərəcədə dəyişir.
İnformasiya sistemləri xidməti funksiyalarının təşkilati 
struktur üzrə paylanması 3 təməl struktur sxeminə əsaslanır: 
1.Müstəvi (bir səviyyəli, sadə) struktur sxemi - kiçik 
ölçülü xidmət üçün xarakterikdir; 
2.Geniş struktur sxemi - iri xidmət üçün xarakterikdir; 
3.Divizyon struktur sxemi - ərazi üzrə uzaq məsafələrdə 
yerləşmiş ofisləri olan şirkətlər üçün xarakterikdir. 
Müstəvi struktur sxemində planlaşdırma funksiyası 
informasiya sistemləri xidmətinin rəhbəri informasiya 
sistemləri üzrə vitse-prezidenti tərəfindən icra edilir. Bu 
quruluşda fərz edilir ki, idarə informasiya sistemləri üzrə vitse-
prezidentə, bölmə idarəyə, qrup bölməyə tabedir. Bilavasitə 
informasiya sistemləri üzrə vitse-prezidentə tabe olan idarə 
informasiya sistemlərinin işlənib hazırlanması, satın alınması, 
tətbiqi, idarə edilməsinin müşayiət edilməsi, informasiya 
texnologiyaları servislərinin idarə edilməsi funksiyalarını 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin