MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 152 ____________________________
reallaşdırır. Layihələşdirmə və istismarın təşkilati cəhətdən
ayrılması prinsipial əhəmiyyət daşıyır. Çünki bu halda formal
təhvil-təslim aktı mümkün deyildir. İnformasiya sistemlərinin
uğurlu istismarı o deməkdir ki, uzun müddət layihələşdirici
müdaxiləsinə ehtiyac olmur. Bu, zəruri qaydalara və
təlimatlara düzgün əməl etməklə mümkün olur.
Təşkilatın böyüməsi informasiya sistemləri xidməti
işlərinin də artmasına səbəb olur. Əgər təşkilat başqa ölkə və
şəhərdə yeni ofis yaratmırsa bu halda geniş struktur sxemi
tətbiq edilir. Bu strukturun əsas xüsusiyyəti informasiya
sistemlərinin bir mərkəzdən həyata keçirilməsidir. Lakin bu,
uzaqda yerləşən ofislər yaradılmasını inkar etmir. Yəni uzaq
şəhərlərdə yerləşən ofisləri də bir mərkəzdən idarə etmək
mümkündür. Lakin bu halda uzaq ofislərdəki işin həcmi az
olmalıdır.
Geniş strukturda, müstəvi strukturdan fərqli olaraq, bir-
sıra (Arxitektura və standartlar şöbəsi, maliyyə şöbəsi və
layihələrin idarə edilməsi şöbəsi nəzərdə tutulur) planlaşdırma
funksiyaları ayrılmış şəkildə icra edilir.
Arxitektura və standartlar şöbəsi təşkilatın informasiya
sistemlərinin arxitekturasını, informasiya sistemləri və
informasiya texnologiyaları üzrə standartlar sistemini işləyib
hazırlayır. Korporativ standart şirkətdə tətbiq edilən
texnologiyalar toplusunu qeydiyyata alır. İnformasiya
sistemlərinin arxitekturasının işlənib hazırlanması bu topluda
baş verəcək təzələnmələri təyin edir.
Maliyyə şöbəsi informasiya sistemləri xidməti büdcəsinin
tərtibi və onun icrasına nəzarət funksiyasını reallaşdırır.
Layihələrin idarə edilməsi şöbəsi informasiya sistemləri
xidməti layihələşdirici menecerləri və layihə ofislərini əhatə
edir. Layihə menecerləri layihənin idarə edilməsi funksiyasını