MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 146 ____________________________
•
İnformasiya sistemləri xidmətinin təşkilati strukturunun
idarə edilməsi;
•
İnformasiya sistemləri xidməti üzrə layihələr portfelinin
idarə edilməsi;
•
İnsan resurslarının idarə edilməsi;
•
Risklərin idarə edilməsi və s.
2.
İşləyib hazırlama, satınalma və tətbiqetmə. Bu
istiqamətin əsas məsələsi yeni informasiya sistemlərini tətbiq
etməkdən ibarətdir.
Burada aşağıdakı funksiyalar ayrılır:
•
Avtomatlaşdırma sahəsində layihə həllərinin seçilməsi;
•
Layihə tərtibi və tətbiqinin idarə edilməsi;
•
Texnoloji
infrastruktura
lazım
olan
proqram
layihələrinin satın alınması və müşayiət edilməsi;
•
Proqram təminatının işlənib hazırlanması;
•
Proqram təminatının testləşdirilməsi;
•
İstifadəçi və istismar sənədlərinin işlənib hazırlanması;
•
Tətbiq edilən sistemlərin istismara verilməsi;
•
Xərclərin uçotu və layihə büdcəsinə nəzarət edilməsi.
3.
İnformasiya texnologiyaları servisinin təqdimatı və
müşayiət edilməsi. Bu funksional istiqamət sifarişçi-bölmələrin
informasiya
texnologiyaları
servisinə
tələblərinin
formalaşdırılmasını, servisə qarşı qoyulmuş bu tələblərin
informasiya sistemləri xidmətinin müvafiq resursları ilə razılaş-
dırılmasını və informasiya texnologiyaları servislərinin son
istifadəçilərinə təqdim edilməsini təmin edir.
Burada aşağıdakı funksiyalar ayrılır:
•
İnformasiya texnologiyaları servisinə qarşı qoyulan
tələblərin sifarişçilərlə razılaşdırılması;
•
Sifarişçi tələbləri ilə informasiya sistemləri xidməti
resurslarının uyğunluğunun təmin edilməsi;