İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİ FƏALİYYƏTİNDƏ
İNFORMASİYA TEXNOLOGİYALARI SERVİSİ
İnformasiya sistemləri xidmətinin təşkili və idarə edilməsi
şərh edilərkən əvvəlcə təyin etmək lazımdır ki, bu xidmət nə
işlə məşğuldur? Təşkilatda onun rolu nədir? Təşkilata əlavə
dəyər verən informasiya sistemləri xidmətinin son məhsulu
nədən ibarətdir?
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 142 ____________________________
Qabaqcıl idarəetmə təcrübəsi təsdiq edir ki, təşkilatda
informasiya texnologiyalarının əsas rolu təşkilatın bölmələrinə
informasiya xidməti göstərməkdən ibarətdir. “İnformasiya
xidməti” olduqca geniş anlayış olduğundan, burada
“İnformasiya texnologiyalarının informasiya servisi” və ya
qısaca, “İnformasiya texnologiyaları servisi” anlayışından
istifadə etmək daha məqsədəuyğundur.
İnformasiya servisi
dedikdə, bir və ya bir-neçə biznes-proseslə və ya layihə ilə
təyin edilmiş rejimdə fəaliyyət göstərən informasiya prosesi
nəzərdə tutulur. Lakin heç də bütün informasiya prosesləri
informasiya texnologiyaları vasitələri ilə reallaşmır. Məsələn,
hüquqşünasın müəyyən hadisəyə uyğun qanun maddəsi
axtarıb tətbiq etməsi mahiyyətcə, informasiya servisi olsa da,
informasiya texnologiyaları servisi deyildir. Halbuki, məsələn,
1C proqramında balans tərtibi informasiya texnologiyaları
servisidir.
İnformasiya texnologiyaları servisinin bir-sıra xassələri
vardır ki, bunardan da bəziləri aşağıdakılardır:
•
Məzmun (və ya funksionallıq). Bu, həll edilən məsələni
və onun həlli üçün lazım olan vasitələri təyin edir;
•
Razılaşdırılmış xidmət vaxtı. Bu, informasiya sistemləri
xidmətinin həmin servisi dəstəklədiyi müddətdir. Bu
müddət ərzində informasiya sistemləri xidməti həmin
servisin kəsilmədən fəaliyyəti üçün məsuliyyət daşıyır.
Razılaşdırılmış xidmət vaxtı günün və ya həftənin hissə-
si ilə ölçülür. Məsələn, 24x7 göstərir ki, verilmiş servis
həftənin 7 günü 24 saat dəstəklənir. 8x5 isə həftənin 5
günü 8 saatlıq iş günləri ərzində dəstəklənməni
göstərir.
•
Əlçatanlıq. Servisin əlçatan olduğu razılaşdırılmış vaxt
hissəsidir və faizlə ölçülür. Məsələn, 8x5 razılaşdırılmış
|