BİZNES-PROSESLƏRİN REİNJİNİRİNQİ VƏ
İNFORMASİYA TEXNOLOGİYALARI
Fəaliyyətin idarə edilməsində ediləcək dəyişikliyin
dərəcəsi
və
dərinliyi
müəssisənin
təkmilləşdirməyə
hazırlığından asılıdır. İnformasiya texnologiyalarının tətbiqi ilə
həyata keçirilən fəaliyyət dəyişikliklərinin 4 tipi vardır:
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 137 ____________________________
•
Avtomatlaşdırma – verilənlərin yığılması və işlənilməsini
sürətləndirmək üçün hesablayıcı və digər texnikanın
tətbiqi;
•
Səmərələşdirmə
-
verilənlərin
yığılmasının,
informasiyanın işlənməsinin və idarəetmənin mövcud
sistemində “zəif yerlər” olan əməliyytların avtomatik
icrası
yolu
ilə
təsərrüfat
əməliyyatlarının
təkmilləşdirilməsi;
•
Biznes-proseslərin reinjinirinqi - fəaliyyət prosesinin
yaxşılaşdırılmasına yönəldilmiş daha radikal dəyişikliklər
edilməsi. Reinjinirinq gedişində əvvəllər digər
vasitələrlə əldə edilən nəticələrin tamamilə başqa
üsullarla alınması mümkün olur, yəni biznes-proseslər
dəyişilir;
•
Şirkətin fəaliyyətinə yeni baxış – müəssisənin təşkilati
strukturunu və idarəetmə sistemini, hətta əsas
məqsədləri və vəzifələri də əhatə edən dərin fəaliyyət
dəyişikliyi.
Kompüter
texnologiyaları
və
kompüterləşdirilmiş
informasiya sistemləri biznes-proseslərin reinjinrinqinə
aşağıdakı 4 istiqamətdə təsir göstərə bilir:
1.
İnformasiya texnologiyalarının təsiri.
Bu baxımda, informasiya texnologiyaları kompüterləri,
kommunikasiya texnologiyalarını, proqram təminatını və
proqramlaşdırma
dillərini
və
verilənlər
bazaları
texnologiyalarını birləşdirən sistemin inkişafı vasitələrini əhatə
edir. İnformasiya texnologiyaları potensialından istifadə
imkanı şirkətin informasiya texnologiyaları sahəsindəki
siyasətindən çox asılıdır. Belə ki, “müştəri-server”
texnologiyası proqram təminatını təzələməyə imkan verir.
Lakin kompüter texnologiyalarından istifadə etməklə biznes-
|