Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə83/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 134 ____________________________ 
etdikləri mənfəətdən asılıdır. Müştərilərin bu cür maliyyə gös-
təriciləri müəssisənin sabit, ahəngdar işləməsinə kömək edir. 
Bu məqsədlə müştərilərin mənfəətliliyini yüksəltmək 
proqramları işlənib hazırlanır. Məsələn, bəzi müştərilərə 
müəyyən güzəştlər edilir. Bəzi yeni müştəriləri əldə saxlamaq 
üçün şirnikdirici endirimlər etmək faydalıdır. 
Müəssisədaxili təsərrüfat prosesləri göstəriciləri. Bazar 
şəraitində müəssisələr bütün fəaliyyət ardıcıllıqlarının 
səmərəliliyinə qiymət verməyə, yəni hər bir mərhələ üçün 
sərfiyyat, o cümlədən vaxt sərfi, keyfiyyət və məhsuldarlıq 
göstəricilərini müəyyən etməyə məcburdur. Daxili biznes-
proseslər üçün qeyri-maliyyə göstəriciləri içərisində daha vacib 
olanlar keyfiyyət və prosesin davametmə müddəti 
göstəriciləridir.
Müəssisənin daxili fəaliyyəti məhsulun qiymətliliyinin 
formalaşması mərhələləri üzrə qiymətləndirilir. Qiymətliliyin 
əlavə edilməsi, ümumi halda, 3 blokdan ibarətdir: 
1.Yeni məhsulun yaradılması; 
2.Müəssisənin bilavasitə fəaliyyəti (məhsul istehsalı və ya 
xidmət göstərməsi); 
3.Satış sonrası xidmət. 
Yeni 
məhsulun 
yaradılması. 
Müəssisənin 
rəqabətqabiliyyətli fəaliyyətinin təməli yeni məhsulun 
yaradılması zamanı atılır. Bu bloku qiymətləndirmək üçün 
müəssisələr aşağıdakı göstəricilərdən istifadə edirlər:

Yeni məhsulun yaradılışına başlayandan bazara 
çıxaranadək olan müddət; 

İlk sənaye partiyasından sonra edilmiş dəyişikliklərin 
sayı və s. 
Bu mərhələdə çəkilən xərclərlə yanaşı, məhsulun 
funksional tələblərə cavab verməsi də vacibdir. Yeni məhsula 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 135 ____________________________ 
müştəri tələbini öyrənmək üçün gələcək alıcılar arasında sorğu 
aparılır və bu sorğunun nəticələri göstəricilər sisteminə inteq-
rasiya edilir. 
Müəssisənin bilavasitə fəaliyyəti (istehsal). İstehsal 
əməliyyatları fəaliyyətin bütün məcmusunu, yəni sifariş 
alındıqdan məhsulun müştəriyə çatdırılmasınadək olan bütün 
fəaliyyət növlərini əhatə edir. Bu mərhələdə ən vacibi odur ki, 
proses vaxtında və dəqiq yerinə-yetirilsin.
Satış sonrası xidmət. M.Porter zəncirində istehlak dəyəri 
yaradılışının son mərhələsi təminatdövrü xidmət və 
təminatdövrü təmir, həmçinin alıcı tərəfindən məhsul qaytarışı 
ilə bağlı məsələlərin həlli də daxil olmaqla, satış sonrası 
xidmətdən ibarətdir. 

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin