Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə79/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

 
 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 127 ____________________________ 
İNFORMASİYA TEXNOLOGİYALARINDAN 
İSTİFADƏ ETMƏKLƏ ŞİRKƏTİN 
STRATEGİYASININ REALLAŞDIRILMASI 
 
FƏALİYYƏTİN İDARƏ EDİLMƏSİ ÜÇÜN 
İNFORMASİYA BAZASI 
 
Müəssisənin idarə edilməsi metodları sistemində xərclərin 
idarə edilməsi metodları mühüm yer tutur. Şirkətdə xərclərin 
uçotu sistemi 3 funksiya icra edir: 

Birinci funksiya müəyyən dövr üçün məhsul büraxılışına 
çəkilən xərclərin uçotu ilə bağlıdır. Bu halda bütün 
çəkilən xərclər ya satılmış məhsula, ya da anbar 
ehtiyatlarına aid edilir. Bu funksiyanı maliyyə hesabatı 
adlandırmaq olar;

İkinci funksiya müəssisədə baş verən ayrı-ayrı 
proseslərin iqtisadi səmərəliliyinin hesablanmasıdır; 

Üçüncü funksiya ayrı-ayrı məhsulların, xidmətlərin, 
malgöndərənlərin 
və 
ictehlakçıların 
dəyərcə 
qiymətləndirilməsidir. 
Birinci funksiyanı müəssisə xarici istifadəçilər, investorlar, 
kreditorlar, tənzimləyici orqanlar, vergi müfəttişliyi və s. üçün 
yerinə-yetirir. Qalan 2 funksiya daxili istifadə üçün, şirkətin 
idarəedici heyətinin istifadəsi üçün icra edilir və qərar qəbulu 
üçün lazımi informasiyanın vaxtında təqdim edilməsi vəzifəsi 
kimi meydana çıxır. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 128 ____________________________ 
XƏRCLƏR UÇOTUNUN İKİ SİSTEMİ 
 
ƏNƏNƏVİ UÇOT SİSTEMİ
Bu sistem istifadə edilərkən xərclərin 2 mərhələli 
paylanması sistemi tətbiq edilir. Birinci mərhələdə maya 
dəyərinə birbaşa xərclər, ikinci mərhələdə isə dolayı xərclər 
daxil edilir. Dolayı xərclərin məhsula paylanması üçün 
hesablanmış normalardan istifadə edilir. Bu sistemin tətbiqi 
çöxçeşidli məhsul istehsal edən müəssisələrə nisbətən bir növ 
məhsul istehsal edən müəssisələrə üstünlük təmin edir. Çünki 
çöxçeşidli məhsul istehsal edən müəssisələrdə dolayı xərclərin 
xüsusi çəkisi xeyli yüksək olur. Bu nöqsanı aradan qaldırmaq 
üçün xərclərin uçotunu fəaliyyət növləri üzrə aparmaq 
məqsədəuyğundur.
Fəaliyyət növləri üzrə xərclərin uçotu. Bu uçotun 
aparılması üçün təməl müəssisənin biznes-prosesləridir. 
Fəaliyyət növləri üzrə xərclərin uçotu proseslərin həyata 
keçirilməsi, məhsul istehsalı, göstərilən xidmətlər, informasiya 
və digər məhsullarla bağlı xərclərin müəyyən edilməsi 
metodudur. Bu metod icra edilən bütün işlər üzrə, bütün 
xırdalıqları ilə təqdim edilən məlumatlara əsaslanır.
Bu xərclərin xüsusi çəkisi texnoloji infrastrukturun və 
intellektual aktivlərin artımı ilə əlaqədar olaraq artır. 
Müəssisələrin çoxunda bu xərclər ümumi xərclərin 50 
faizindən çoxunu təşkil edir.
Beləliklə, fəaliyyət növləri üzrə xərclərin uçotu məhsulun 
dəyərinin dərin tədqiqi olub, keyfiyyətə toxunmadan dəyərin 
azaldılması yollarını aşkarlamağa və bu yolla məhsulun 
rəqabətqabiliyyətliliyini gücləndırmək üçündür. Bu, çox dəqiq 
uçot olsa da çox əmək tutumludur. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin