MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 133 ____________________________
Bazar payı dedikdə, müəssisənin əmtəə ilə əldə saxladığı
bazar hissəsi nəzərdə tutulur. Bazar payı alıcıların sayı ilə,
dəyər və natura formasında ölçülə bilir. Bazar payı şirkətin
bazar seqmentinə necə daxil ola bildiyini göstərir. Şirkət satış
həcmini artıra bilər, lakin bu, məqsəd seqmenti olmaya bilər.
Buna görə də bazar payı göstəricisi məhz məqsəd
seqmentində tutlan yeri ifadə edir. Şirkət müştərilər üzrə satış
strukturunu izləməlidir. Yəni təyin etməlidir ki, onun hansı
müştəriləri bazar payının artrılmasına daha güclü təsir edir.
Şirkət həmin müştərilərlə münasibətlərin daha da
yaxşılaşdırılması qayğısına qalmalıdır.
Müştərilərin sədaqətliliyi. Göstəricilərin bu qrupu
müəssisənin müştərilərlə münasibət qurmaq üzrə davranışını
əks etdirir. Hər bir müəssisə öz bazar seqmentini kifayət
qədər dəqiq identifikasiya edə (adlandıra), həmçinin həmin
bazarda işləyən şirkətləri təyin edə bilər. Məsələn, əgər şirkət
bank sektoru üçün texnoloji avadanlıqlar göndərməklə
məşğuldursa, onun müştəriləri banklar, maliyyə şirkətləri və
digər kredit müəssisələri ola bilər. Bazarın bu seqmentindəki
müəssisələrin sayı təyin edildikdən sonra bazar payı
hesablanır. Bu göstəricinin dinamikası müştəriyə münasibətdə
siyasətin uğurlu olub-olmadığını göstərəcəkdir.
Müştərilərin məmnunluğu. Göstəricilərin bu qrupu
göstərir ki, müəssisə müştəri sorğularını və tələblərini nə
dərəcədə ödəyə bilir. Məmnunluq göstəricisi müəssisəyə
göstərir ki, müştəri onun məhsulundan nə qədər razıdır. Əgər
müştəri tam razıdırsa, onun gələcəkdə göstərəcəyi davranış
asan proqnozlaşdırılacaqdır.
Müştəri mənfəətliliyi. Şirkətin müştəri bazası ilə işinin
uğuru müştəri sədaqətindən, onların məhsula bağlılığından,
şirkətlə işləməkdən razı qalmalarından və öz işlərində əldə