MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 136 ____________________________
bilər ki, bu da informasiya texnologiyaları hesabına baş vermiş
olar. Çünki çoxistifadəçili verilənlər bazaları, lokal şəbəkələr və
s. ənənəvi halda ardıcıl reallaşdırılan çoxsaylı proseslərin
paralel reallaşdırılmasını mümkün edə bilir.
Lakin son 30 ilin tədqiqatları göstərmişdir ki, informasiya
texnologiyalarını tətbiq etməklə real məhsuldarlıq artımına nail
olmaq çox nadir hadisədir. Bunun əsas səbəblərindən biri
informasiya texnologiyalarının potensialından tam istifadə
edilməməsidir. Yəni yeni informasiya texnologiyası çox
hallarda köhnə metod və prinsiplərin “qəlibinə salınır”.
Reinjinirinq baxımından, biznes-proseslər 2 qrupa
bölünür: əsas və köməkçi proseslər. Əsas proseslər istehlak
dəyərini artırır, köməkçi proseslər artırmır. Reinjinirinq
prosesində diqqət əsas biznes-proseslərə yönəldilir.
Beləliklə,
biznes-proseslərin
reinjinirinqi
dedikdə,
təşkilati-istehsal proseslərinin elə dəyişdirilməsi başa düşülür
ki, istehlak dəyərini artırmayan prosesləri minimuma endirmək
mümkün olsun. Geniş mənada, biznes-proseslərin reinjinirinqi
dedikdə, riyazi metodlardan və instrumental vasitələrdən
istifadə
edərək
biznes-proseslərin
səmərəliliyinin
yüksəldilməsinə yönəldilən layihələşdirmə prosesi başa
düşülür.
Dostları ilə paylaş: