MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 138 ____________________________
proseslərinin reinjinrinqi şirkətdən olduqca böyük kapital
qoyuluşları da tələb edə biləndir.
2.
Yeni kompüterləşdirilmiş informasiya sistemlərinin
təsiri.
Yeni
kompüterləşdirilmiş
informasiya
sistemləri
müəssisənin həm mövcud informasiya sisteminin informasiya
təminatının səviyyəsinə, həm də onun texnoloji infrastruk-
turuna təsir edir. Məsələn, çoxsaylı son istifadəçilərə xidmət
göstərən informasiya sistemlərinin yeni nəsli informasiyanın
alınmasının operativliyini əhəmiyyətli dərəcədə artıra bilir.
Lakin müəssisənin bu sahədə təcrübəsi azdırsa, müasir
sistemlərin tam gücü ilə işlədilməsi ilə bağlı problemləri ola
bilər.
3.
Biznes-prosesin reinjinrinqi üçün prototiplər və
əlavələr.
Tətbiqi proqram təminatı, məsələn, simulyatorlar
(bənzərini yaradanlar) və modelləşdirmə vasitələri biznes-
proseslərin reinjirinqindən əvvəlki və sonrakı vəziyyətlərinin
modellərini qurmağa imkan verir. Belə proqram təminatı
istehsal müəssisələrində tez-tez istifadə edilir.
4.
Təşkilati
mədəniyyət
və
yeni
informasiya
sistemlərindən tam istifadə edilməsi imkanı.
Təşkilati mədəniyyət informasiya texnologiyalarına
qoyulan investisiyaların ölçüsünü təyin edir. Məsələn,
konservativ
təşkilat
kompüterləşdirilmiş
informasiya
sistemlərinə böyük pul vəsaitini çox çətinliklə ayırır. Bununla
yanaşı, hətta əgər bu pul ayrılsa da, həmin sistemin tətbiqi və
istismarı böyük çətinliklərlə qarşılaşır. Buna görə də hansı
proseslərin reinjirinqi aparılacaqsa, onlar təkmilləşdirmə
tədbirlərindən əvvəl və sonra düzgün qiymətləndirilməlidir.
Məsələn, aydınlaşdırmaq lazımdır ki, müştəriyə hesab-faktura