MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 131 ____________________________
ƏSAS GÖSTƏRİCİ QRUPLARININ TƏQDİM EDİLMƏSİ
Fəaliyyətin tarazlaşdırılmış göstəricilər sistemi 4
blokdan
ibarətdir:
•
Şirkətin maliyyə göstəriciləri;
•
Şirkətin müştərilərlə işləməsi göstəriciləri;
•
Müəssisənin daxili proseslərini əks etdirən göstəricilər;
•
Şirkətin işçi heyətinin öyrədilməsi və vəzifətutması
sahəsindəki fəaliyyəti göstəriciləri.
Maliyyə göstəriciləri. Bu, müəssisə fəaliyyətini əks etdirən
əsas bloklardan biridir. Çünki müəssisələrin əksəriyyəti
maliyyə qiymətləndirmələrinə biznes-məqsədlərə çatma
qiyməti kimi baxırlar. Maliyyə göstəriciləri gəlirin artımını,
maya
dəyərini, məhsuldarlığı, material və maliyyə
resurslarının cəlb edilməsinin faydalılığını və həmçinin maliyyə
risklərini ölçür.
Maliyyə göstəricilərinin istiqamətliliyi daha çox məhsulun
xarakteristikaları ilə müəyyən edilir. Odur ki, maliyyə
göstəricilərini yaxşılaşdırmaq
üçün müəssisə öz fəaliyyət
istiqamətini dəyişdirə bilir. Bu cür təkmilləşdirmələrdən
bəzilərinə diqqət yetirək.
Satış bazarlarının genişləndirilməsi. Gəlirlərin artırılması
üçün bəzən mövcud məhsulu yeni bazara çıxarmaq və ya
başqa seqment alıcılarını cəlb etmək lazım gəlir. Bundan
əlavə, mövcud məhsulu başqa
funksional məqsədlər üçün
təklif etmək olar. Bunu etmək üçün isə məhsulun daha dərin
təhlili aparılmalıdır.
Yeni qiymət siyasəti. Satış bazarı uğrunda rəqabət
mübarizəsi ona gətirib çıxara bilir ki,
məhsulun qiyməti ona
çəkilən xərci ödəmir. Elə ki, məhsul bazarda yerini
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 132 ____________________________
möhkəmləndirdi, müştəri toplandı, qiyməti qaldırmaq, güzəşti
ləğv etmək olar.
Satış
kanalları
strukturunun
genişləndirilməsi.
İnformasiya texnologiyalarının inkişafı müştəri cəlb edilməsi,
məhsul satışı və xidmət göstərilməsi üsullarının artırılması
üçün geniş imkanlar yaradır.
Nümunə olaraq elektron
mağazaları, bank xidmətləri sektorunda “müştəri-bank”
texnologiyasını, müştəriyə operativ informasiya təqdim edən
“
call-center” istiqamətinin inkişafını göstərmək olar.
Risklərin idarə edilməsi. Tarazlaşdırılmış göstəricilər
sisteminə maliyyə əmin-amanlığı göstəriciləri ilə yanaşı, həm
qoyulmuş vəsaitlərin qayıtmaması riski, həm də risklərin idarə
edilməsi göstəricilərinin daxil edilməsi də lazımdır.
Riskin
azaldılması tez-tez istehsalın səmərəliliyinin artırılması
assosiasiyası yaradır. Lakin riskin qiymətləndirilməsinin
özünəməxsus cəhətləri vardır. Məsələn, risk göstəricilərindən
biri müəssisə fəaliyyətinin proqnoz qiymətlərinin etibarlılığı ola
bilər.
İstehlak
bazarında
şirkətin
fəaliyyətinin
qiymətləndirilməsi. Müəssisə üçün
daxili biznes-proseslərlə
yanaşı, alıcıların davranış göstəriciləri əsasında işçi heyətinin
izlənilməsi də vacibdir.
Alıcıların məmnunluğu. Artıq qeyd edildiyi kimi,
müəssisənin əsas rəqabət üstünlüklərindən biri daimi müştəri
bazasının, daimi alıcılarının olmasıdır. Bu,
müəssisəyə inamla
işləmək imkanı yaradır. Müştərilərlə yaxşı münasibət saxlan-
ması onların meyllərini, nə istədiklərini vaxtında aşkarlayıb
qarşılamağa imkan verir.
Bu baxımdan, bazar payı, qazancın
strukturu,
müştərilərin sədaqətliliyi (daimiliyi), razılığı (məmnunluğu) və
mənfəətliliyi (faydalılığı) kimi göstəricilər daha vacibdir.