MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 130 ____________________________
Bu tələblərin yerinə-yetirilməsi üçün onların reallaşdırılması
sistemi lazımdır.
Uğur qazanmağın kritik amillərinin yerinə-yetirilməsinə
nəzarət etmək üçün fəaliyyətin səmərəlilik göstəricilərinin
ədədi qiymətlərindən istifadə edilir.
Fəaliyyət göstəriciləri toplusu idarəetmənin təsirli
vasitəsidir. Bunlar şirkətin məqsədlərini formalaşdırmaq üçün
istifadə edilir. Bu göstəricilər toplusu müştəri məmnunluğu
kriteriləri ilə müəssisə fəaliyyətinin göstəriciləri arasında əlaqə
yaradır.
Tarazlaşdırılmış göstəricilər sistemi. Bazar yanaşması
baxımından, müəssisə öz məqsədinə çatmaq üçün həm
müştəri tələbini ödəyə bilməli, həm də rəqiblərinə nisbətən öz
işini daha səmərəli və məhsuldar qurmağı bacarmalıdır. Bu
halda səmərəlilik dedikdə, həm müəssisə fəaliyyətinin
qənaətcilliyi, həm də müştəri məmnunluğu nəzərdə tutulur.
Tarazlaşdırılmış göstəricilər sistemi fəaliyyətin çoxcəhətliliyini
ifadə edir. Tarazlaşdırma həm “dəyər-natura”, həm də “daxili-
xarici” aspektləri birləşdirir. Burada müəssisənin dəyərləri
strukturunda “maddi-qeyri-maddi aktivlər” balansı mühüm rol
oynayır. Şirkətin dəyərləri strukturunda maddi dəyərlərin
xüsusi çəkisi azalmağa, qeyri-maddi dəyərlər isə artmağa
meyllidir. Dünya miqyasında xidmətgöstərici şirkətlərin xüsusi
çəkisi daim artır. İstehsal müəssisələrinin əsas problemi
müştərini əldə saxlamaqdan ibarət olur.
Tarazlaşdırılmış göstəricilər sistemi şirkətin bütün
işçilərinin idarəetmə işinə cəlb edilməsini zəruri edir. Çünki
müştəri tələblərini, zövqünü bilavasitə idarə işçiləri deyil,
müştərilərlə kontakt yaradan işçilər daha yaxşı bilir.
Dostları ilə paylaş: