MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 126 ____________________________
idarə edilməsinə qoyulan investisiyaların qaytarılmasının (xərcin
çıxarılmasının) təhlilindən ibarətdir.
Beləliklə, münasibətlərin sərrast marketinq-menecmenti
üzrə təklif edilən matris modeli müştərilər barədə bilikləri təhlil
və idarə etməyə, həmin bilikləri münasibətlərin fərdiləşdirilməsi
üçün
istifadə etməyə, dialoq və sərrast bazar seqmenti
formalaşdırmağa, bazar strategiyasını fərdi istehlakçıya
yönəltməyə imkan verir.
Müştərilər barədə biliklərin əldə edilməsi və emalı zamanı
seqmentləşdirmə metodları və hədəf
seqmentlərin seçilməsi
mühüm əhəmiyyət daşıyır. Odur ki, münasibətlərin sərrast
menecmenti üçün çoxölçülü seqmentləşdirmə metodlarının
tədqiqi və işlənib hazırlanması məqsədəuyğundur.
Dostları ilə paylaş: