Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə99/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 157 ____________________________ 
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİ PROSESLƏRİ 
VƏ FUNKSİONAL YANAŞMANIN MƏHDUDLUQLARININ 
ARADAN QALDIRILMASI 
 
Biznes-proses dedikdə, məqsədin, nəticə kriterisinin, 
resursların və müəyyən işlər ardıcıllığının (proses 
addımlarının) mövcudluğu başa düşülür. Biznes-proseslərə 
yönəlik informasiya sistemləri xidmətinin məqsədi sifarişçiyə 
məqbul keyfiyyət səviyyəsində informasiya texnologiyaları 
servisi təqdim etməkdən ibarətdir. Bu ümumi məsələ 2 hissəvi 
məsələdən ibarətdir: 

İnformasiya texnologiyaları servisinin parametrlərinin 
müəyyən edilməsi və razılaşdırılması; 

Servisin faktiki parametrlərinin razılaşdırılmış hədlərə 
uyğunluğunun təmin edilməsi. Bu məsələlərin hər biri 
də daha kiçik məsələlərə bölünür. 
Proseslərin idarə edilməsi aşağıdakı addımlardan 
ibarətdr: 

Prosesin məqsədinin müəyyən edilməsi və həmin 
məqsədəçatmanın kəmiyyət və keyfiyyət göstəriciləri; 

Vəzifəsi prosesin məqsədinə çatmaqdan ibarət olan 
proses üçün cavabdehin təyin edilməsi; 

Bütövlükdə prosesin və onun təşkilediciləri olan işlərin 
reqlamentləşdirilməsi;

Lazım gəldikdə, təşkilatın özü tərəfindən hazırlanmış və 
ya satın alınmış instrumental vasitələrin köməyi ilə 
prosesin avtomatlaşdırılması. 
Mövcud funksional struktur çərçivəsində proseslərdən 
istifadə etmək olduqca münasibdir. Bu sxemdə işin gedişində 
proses modeli ilə təşkilatın funksional strukturu qarşılıqlı 
fəaliyyət göstərərək bir-birini qüvvətləndirir. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 158 ____________________________ 
Bu iki modelin birgə istifadə edilməsi proses modelinin 
tətbiqini sadələşdirir. İdarəetmədə aparılan hər hansı yenilik 
funksional baxımdan müəyyən narahatlıq doğurur. Çünki 
hansısa səlahiyyətlərin itirilməsi qorxusu yaranır. Proses 
modeli funksional səlahiyyətlərə deyil, onların icra qaydalarına 
təsir edir.
Proses modelinə keçməyin 2 yolu vardır: 

Verilmiş təşkilatın təcrübəsinin formalaşdırılması; 

Biznes-proseslərin tipik modellərində reallaşdırılmış 
informasiya sistemləri xidmətinin idarə edilməsi 
sahəsindəki qabaqcıl təcrübədən istifadə edilməsi. 
Bu gün üçün belə modellərin metodoloji təməli son 20 
ildə toplanmış qabaqcıl təcrübənin nəticəsi olan 
ITIL/ITSM 
yanaşmasıdır. 
Beləkilə: 
1.İdarəetmənin funksional modeli özlüyündə informasiya 
texnologiyaları servisinin keyfiyyətinin məqsədyönlü idarə 
edilməsini təmin etmir. 
2.Servisin keyfiyyətini idarəetmənin prosessor modeli 
təmin edir. 
3.İdarəetmənin prosessor modeli funksional modeli inkar 
etmir, onu tamamlayır. 
4.İdarəetmənin 
prosessor 
modelinin 
səmərəliliyi 
informasiya sistemləri xidmətinin idarə edilməsi üzrə qabaqcıl 
təcrübəyə əsaslanan tipik proses modeli vasitəsilə təmin edilir. 

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin