MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 170 ____________________________
•
Dəyişikliklərin qiymətləndirilməsi üzrə komitənin işinin
təşkili;
•
Prosesin daim yaxşılaşdırılması.
Konfiqurasiyanın idarə edilməsi (Configuration
Managenent) informasiya texnologiyalari infrastrukturu
barədə olan informasiyanı qeydiyyata alır və nəzarətə götürür.
Bu prosesin əsas məqsədi informasiya sistemlərinin
konfiqurasiyası üzrə verilənləri dəstəkləməkdən və aktual
vəziyyətdə saxlamaqdan ibarətdir. Burada əsas məsələ aparat
və proqram təminatlarının bütün təşkiledicilərinin uçota
alınmasıdır.
Konfiqurasiyanın idarə edilməsi prosesi aşağıdakı
funksiyaları yerinə-yetirir:
•
Konfiqurasiya vahidlərinin verilənlər bazasını işlədir;
•
İnformasiya sistemləri xidməti aktivlərinin idarəedici
uçotunu və verilənlər bazasının bütövlüyünə nəzarət də
daxil olmaqla aktivlərin vəziyyətinin uçotunu aparır.
•
Konfiqurasiya verilənlərinin ilkin daxil edilməsini həyata
keçirir;
•
Konfiqurasiyanın idarə edilməsi sistemini qurur;
•
Prosesin daim yaxşılaşdırılmasını həyata keçirir.
Relizlərin idarə edilməsi (Release Management)
təşkilatın informasiya sistemləri mühitinə daxil edilən
dəyişikliklərin razılaşdırılmasını təmin edir.
Miqyasına görə relizlər 3 növ olur:
•
Proqram təminatının və (və ya) avadanlıqların
təzələnməsi üzrə böyük reliz (Reliz (
release) dedikdə,
testləşdirilən və mövcud mövqelərlə birlikdə tətbiq edilən
yeni və ya dəyişdirilmiş konfiqurasiya mövqeləri nəzərdə
tutulur). Bu, adətən iri həcmli funksional yenilikləri əhatə
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 171 ____________________________
edərək, əvvəl düzəldilmiş səhvləri və kiçik relizləri artıq
işə çevirir;
•
Proqram təminatının və (və ya) avadanlıqların
təzələnməsi üzrə kiçik reliz. Bu, adətən azəhəmiyyətli
yaxşılaşdırmaları əhatə edir. Bunların bəziləri fövqəladə
relizlərlə həll edilmişdirsə, bunları kiçik reliz ləğv edir;
•
Proqram təminatının və (və ya) avadanlıqların
təzələnməsi üzrə fövqəladə reliz. Bu, adətən bəzi məlum
səhvləri düzəltməyi nəzərdə tutur.
Reallaşdırılma üsuluna görə də relizlər 3 növ olur:
1.
Tam reliz. Tam relizdə relizin bütün komponentləri
işlənib hazırlanır, testləşdirilir, yayımlanır və birlikdə tətbiq
edilir. Nəticədə relizin əməktutumu artır, əvəzində isə mümkün
problemlərin işlənib hazırlanma və testləşdirmə mərhələlərində
aşkarlanması və ləğv edilməsi ehtimalı artır ki, bu da sənaye
istismarı mühitini daha etibarlı edir;
2.
Delta-reliz və ya hissəvi reliz. Delta-reliz yalnız yeni və
ya dəyişdirilmiş konfiqurasiya mövqelərini əhatə edir. Məsələn,
söhbət proqram relizindən gedirsə, delta-reliz yalnız ötən reliz
momentindən sonra dəyişdirilmiş və ya yeni daxil edilmiş
modulları əhatə edir;
3.
Relizlər paketi. Relizlər paketi bir-neçə müxtəlif tam və
hissəvi relizləri əhatə edir. Bu relizlər yayımlanıb birgə tətbiq
edilərək relizlərin ümumi sayını azaldır ki, bu da istifadəçilərin
işini yüngülləşdirir. Relizlər adətən ayrica hazırlanır və testləşdi-
rilir, sonra isə bir paketdə birləşdirilir.
Relizlərin idarə edilməsi prosesinin ən məsuliyyətli sferası
etalon proqram təminatı kitabxanasıdır (DSL- Definitive
Software Library). Bütün etalon proqram təminatı kitabxanası
mövqeləri konfiqurasiya mövqelərinin verilənlər bazasında
(
CMDB - testləşdirilmiş və yayımlanmağa hazırlanmış
|