MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 172 ____________________________
proqramlar saxlanan kitabxanadır (fiziki saxlanc yeridir)) ayrıca
yazılar şəklində saxlanır.
Relizlərin
idarə
edilməsi
prosesinin
funksiyaları
aşağıdakılardan ibarətdir:
•
Relizin planlaşdırılması;
•
Relizin
layihələşdirilməsi,
işlənib
hazırlanması,
testləşdirilməsi və konfiqurasiyası;
•
Relizin imzalanması və icraya başlanılması;
•
Relizin hazırlanması və istifadəçilərin öyrədilməsi;
•
Dəyişikliklərin tətbiqindən əvvəl və sonra avadanlığın və
proqram təminatının auditi;
•
Proqram təminatının etalon nüsxələrinin etalon proqram
təminatı kitabxanasında yerləşdirilməsi;
•
Yeni və ya təkmilləşdirilmiş avadanlıqların və proqram
təminatının qurulması;
•
Prosesin daim yaxşılaşdırılması.
TƏŞKİLATIN ÖLÇÜSÜ VƏ ITIL/ITSM MODELİNİN
TƏTBİQ OLUNANLIĞI
ITIL/ITSM modelinin mürəkkəbliyi və yüksək dərəcədə
formallaşdırılmış olması elə görünə bilər ki, qərar qəbulunu
bürokratikləşdirər və buna görə də onu yalnız iri müəssisələrdə
tətbiq etmək məqsədəuyğun olar. Lakin bu qətiyyən belə
deyildir. Artıq qeyd etdiyimiz kimi,
ITIL/ITSM-də qəbul edilmiş
rollu yanaşma bir işçiyə bir-neçə rolda çıxış etmək imkanı verir.
Buna görə də
ITIL/ITSM modelini hətta yalnız bir işçisi olan
informasiya sisitemləri xidməti də istifadə edə bilər.
1-5 nəfərlik (İnformasiya sistemləri xidmətindəki işçilərin
sayı dedikdə, autsorsinq və xarici məsləhətçilər də daxil
olmaqla informasiya texnologiyalari infrastrukturuna xidmət
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 173 ____________________________
göstərən cəmi işçi heyəti nəzərdə tutulur) tipik
kişik
informasiya sistemləri xidmətində
ITIL/ITSM ikili rol oynayır:
bir tərəfdən, informasiya sistemləri xidmətinin idarə edilməsinə
informasiya texnologiyalari servislərinin idarə edilməsi kimi
yanaşmanın ardıcıl tətbiqini təmin edir, digər tərəfdən isə,
informasiya sistemləri xidməti məsələlərini və bunlara
cavabdeh əməkdaşları qeydiyyata alır. İşçilərinin sayından asılı
olmayaraq, informasiya sistemləri xidməti servislər təqdim
etmək, servisləri müşayiət etmək, əsas biznesə inteqrasiya
olunmaq, proqram əlavələrini idarə etmək və informasiya
texnologiyalari infrastrukturunu idarəetmək məsələlərini həll
etməlidir. Bu halda azsaylı işçilərin çoxsaylı rollarda çıxış etməsi
sayəsində minimal formalaşdırılmış proseslər şəraitində
idarəetməyə xidmət məsələlərinin həlli mümkün olur. Bu
variantda informasiya sistemləri xidmətinin proqram təminatı
standart ofis paketlərindən ibarət olur.
Növbəti səviyyə formallaşdırılmış proseslər səviyyəsidir ki,
bu səviyyədəki tipik informasiya sistemləri xidməti 10-30
nəfərlik olur. Bu halda informasiya sistemləri xidmətində əsas
rolların ifasını yazılı qeydiyyata alan və tənzimləyən daxili
siyasət meydana gəlir. Bu səviyyədə istifadə edilən
ITIL/ITSM
modelində servisin səviyyəsi barədə formal müqavilə mövcud
olur. Bu səviyyənin proqram təminatı işçi stansiyanın idarə
edilməsini təmin edən ixtisaslaşdırılmış proqram təminatıdır.
Nəhayət, yüksək səviyyə - avtomatlaşdırılmış biznes-
proseslər səviyyəsidir ki, bu səviyyədəki tipik informasiya
sistemləri xidməti 30 nəfərdən çox işçi ilə təmsil olunur. Bu
səviyyədəki informasiya sistemləri xidmətinin fəaliyyəti
korporativ şəbəkənin təhlilini, müştəri işçi yerlərindəki
avadanlıqlar və proqram təminatı və bu təminatın idarə
|