MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 179 ____________________________
İNFORMASİYA SİSTREMLƏRİNİN
FƏALİYYƏTİ VƏ İNKİŞAF ETDİRİLMƏSİ
XƏRCLƏRİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ
İNFORMASİYA SİSTEMLƏRİNƏ ÇƏKİLƏN XƏRCLƏRİ
NECƏ HESABLAMALI?
İnformasiya
sistemləri
xərclərinin
uçotu
və
xərciçıxartmanın qiymətləndirilməsi köhnə problemdir. Hətta
informasiya sistemlərinin idarə edilməsinin təşkilat (müəssisə)
üçün elə bir əhəmiyyət daşımadığı
dövrlərdə də
xərciçıxartmanın qiymətləndirilməsi zəruri idi və geniş tətbiq
edilirdi. Həmin dövrdə informasiya sistemləri layihələri
aşağıdakılarla xarakterizə olunurdu:
•
Xərclərin irihəcmli olması. Bu, çox baha böyük
hesablayıcı
maşınların
(Geniş
tətbiq
edilən
maynfreymlərin lizinqi investisiya xərclərini cari xərclərə
çevirirdi ki, bu da maliyyə
risklərini azaltmağa imkan
verirdi. Bu halda xərclərin məbləği bank faizi səviyyəsinə
qalxırdı) istismarı ilə bağlı idi;
•
Layihələrin azsaylı olması. Bu, zəruri hallarda
qiymətləndirmə üçün lazım olan verilənlərin yığılmasının
ixtisaslaşdırılmış sistemini yaratmağa imkan verirdi;
•
İnformasiya sistemləri vasitələri ilə həll edilən
məsələlərin məhdud saylı olması. Bu,
göstəricilərin
sayını və qiymətləndirmə metodikasının ixtisar
edilməsinə səbəb olurdu;
•
İ
stehlakçılar üçün informasiya sistemlərinin müşayiət
edilməsinin maya dəyərinin kalkulyasiyasının aparılması