MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 182 ____________________________
şəraitdə bu əlaqə itdi.
İkincisi, köhnə informasiya sistemləri
dəqiq sərhədləri olan biznes-prosesin ayrı-ayrı addımlarını
avtomatlaşdırırdı. Yeni şəraitdə avtomatlaşdırma
biznes-
prosesin bütün əməliyyatlarını əhatə etməklə yanaşı, həm də
birmənalı deyildir.
Üçüncüsü, yeni modeldə informasiya
sistemləri layihələrin sayı kəskin artdı.
Xüsusi ölçmələr
sisteminin yaradılması ilə əlaqədar olaraq hər bir yeni layihə
üzrə ayrıca konsaltinq tədqiqatları aparmaq mümkün olmadı.
Dördüncüsü, informasiya sistemləri yeni modeldə biznes üçün
daha böyük əhəmiyyət kəsb etdi. Bu, təşkilatda hesablayıcı
texnikanın kəskin şəkildə artmasına
səbəb oldu ki, bunun da
nəticəsində nasaz texnikanın boşdayanmaları ilə bağlı itkilər
artdı. Bu itkilərin qiymətləndirilməsi iqtisadçılar qarşısında
problemə çevrildi.
İNFORMASİYA SİSTEMLƏRİNİN ÖMÜR TSİKLİ
İnformasiya
sistemlərinə
çəkilən
xərclərin
hesablanmasında informasiya sistemlərinin ömür tsikli anlayışı
müəyyənedici rol oynayır.
İnformasiya
sistemlərinin ömür
tsikli dedikdə, onun tətbiqi momentindən istismardan
çıxarılma momentinədək keçdiyi
təkamül müddəti nəzərdə
tutulur. İNSİ adı altında həm yalnız aparat vasitələri(məsələn,
lokal şəbəkə serveri və ya elektron poçt serveri), həm yalnız
proqram təminatı (bu təminatın bütün növləri), həm də aprat
və proqram vasitələrinin iri kompleksləri (məsələn, müasir
müəssisənin idarə edilməsi sistemi) başa düşülə bilir.
İNSİ-nin ömür tsikli bir-neçə fazadan ibarətdir:
•
B
aşlanğıc faza – sistemin
tətbiq ediləcəyi sahə təyin
edilir,
məhdudiyyət
şərtləri
müəyyənləşdirilir,
layihələşdirici komanda və layihənin infrastrukturu –