MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 183 ____________________________
rəhbər orqanı, nizamnaməsi, standartları və s.
formalaşdırılır;
•
D
əqiqləşdirmə fazası – bu, yeni İNSİ layihəsinin
tətbiqinin planlaşdırılması işlərinin aparılması və layihə
üzrə texniki layihənin (Buna konseptual layihə də
deyilir) işlənib hazırlanması fazasıdır ki, bu da texniki
layihənin təsdiqi ilə başa çatır;
•
Q
uraşdırma fazası – bu faza yeni sistemin yaradılması
və testləşdirilməsi işlərini əhatə edir və inteqrasiya
edilmiş test protokolunun təsdiqi ilə bitir;
•
G
enişləndirmə (açılma) fazası – bu fazada sistem
tirajlaşdırılır, istifadəçilər və müşayiətedicilər üçün
nəzərdə tutulan sənədlər hazırlanır, son istifadəçilər
öyrədilir. Bu faza sistemin istismara qəbulu
protokolunun imzalanması ilə sona çatır;
•
İ
stismar fazası – bu, son istifadəçilərin sistemdə
işləməsi, informasiya sistemləri xidməti əməkdaşlarının
müşayiətedici və reqlamentləşdirilmiş işlər üzrə
inzibatçılıq fəaliyyəti və ola bilsin ki, sistemin müxtəlif
növ modernləşdirilməsi aparılan fazadır. Bu faza
sistemin istismardan çıxarılması barədə qərarın qəbulu
ilə başa çatır;
•
İ
stismardan çıxarma fazası – bu, verilənlərin mövcud
sistemin əvəzinə qurulan sistemə köçürülməsi fazasıdır.
Bu faza, adətən, yeni sistemin tətbiqi layihəsinin bir
hissəsini təşkil edir.
İnformasiya sistemləri xərclərinin təhlilinə müasir
yanaşmanın
prinsipial
momenti
xərcləri
informasiya
sistemlərinin ömür tsiklinə bağlamaqdır. Bu yanaşmada
informasiya sistemləri xərclərini ilkin və istismar xərclərinə
ayırırlar.
İlkin xərclər dedikdə, başlanğıc, dəqiqləşdirmə,