MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 196 ____________________________
Servisin əlçatanlığı həmçinin müşayiətetmə xidməti
mütəxəssislərinin sayına da təsir edir. Bundan əlavə,
əlçatanlıq və bununla əlaqəli olan etibarlılıq
tətbiq edilən
avadanlıqların və proqram təminatının mürəkkəbliyinə təsir
göstərir. Servisin əlçatanlığına yüksək tələblər irəli sürüldükdə,
bir qayda olaraq,
imtinayadavamlılıq qərarları qəbul edilir. Bu
halda avadanlıqların əsas komponentlərinin təkrarlanması
(ehtiyatlandırılması) həyata keçirilməli və yükün ehtiyat
avadanlığa keçirilməsinə imkan verən proqram təminatı
olmalıdır. Bu qərarlar isə həm tətbiq,
həm də istismar
mərhələsində əlavə xərc tələb edir.
Servisin məhsuldarlığı tətbiq edilən avadanlığın və
proqram təminatının mürəkkəbliyinə və dəyərinə təsir edir.
Servisin miqyası tətbiq edilən avadanlığın və proqram
təminatının mürəkkəbliyinə və servisin müşayiət edilməsi
işlərinin həcminə birbaşa təsir edir.
Servisin məzmunu daha çox servisin əlçatanlığına,
səviyyəsinə və məhsuldarlığına biznesin tələblərini müəyyən
edir.
Beləliklə, servisin bütün
parametrləri informasiya
sistemlərinin xərclərinə birbaşa və dolayı təsir edir. Buna görə
də müəssisənin informasiya sistemləri infrastrukturuna
sahibolmanın icmal dəyəri informasiya texnologiyaları
servislərinin tərkibindən və onların parametrlərindən birbaşa
asılıdır.
İnformasiya
texnologiyaları
servislərinin
tətbiqi
prioritetlərinin seçilməsində informasiya sistemlərinin istifadə
edilməsindən əldə edilən gəlir çox mühüm rol oynayır.
Gəlir
də, xərc kimi, informasiya texnologiyaları servislərinin
tərkibindən və parametrlərindən birbaşa asılıdır. İnformasiya
sistemlərindən istifadənin iqtisadi səmərəliliyinin, başqa sözlə,