MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 189 ____________________________
rəhbərliyi bilmir ki, qəbul edilən qərarların qiyməti təşkilat
üçün nədən ibarətdir.
Bu xərclərin daha bir
sirri də ondan ibarətdir ki, ilkin
xərclər aydın, istismar xərcləri gizli olduğundan, müəssisə ilkin
xərcin minimumuna həvəslənib istismar xərclərinin içində itib-
batacağının fərqinə vara bilmir.
Beləliklə, təşkilatın idarəetmə uçotunun ənənəvi modeli
informasiya sistemlərinə çəkilən xərclərin yalnız
əyani
hissəsini uçota alır. Bu isə, deyildiyi kimi, iqtisadi tələdir.
Bu problemin həlli üçün sahibolmanın icmal dəyəri (SİD-
CCB) modeli işlənib hazırlanmışdır. Bu modelin köməyi ilə
müəssisənin xərcləri rəqiblərin xərcləri ilə müqayisə edilir və
xərclərin azaldılması üçün tədbirlər görülür.
Müxtəlif
istehsalçıların hazırladığı proqram təminatlarının SİD-CCB
kriteriləri üzrə müqayisəsi maraqlı məqamları aşkarlamışdır.
Sahibolmanın icmal dəyəri modeli həmçinin, müşayiətedici
xidmət resurslarının kafiliyinə
qiymət vermək üçün istifadə
edilir.
Resursların kafiliyi bir tərəfdən, müşayiətə və
inzibatçılığa
çəkilən
xəclərin,
digər
tərəfdən
də,
boşdayanmalara görə ödəmələrlə bağlı
itkilərin müqayisəsi
yolu ilə qiymətləndirilir. Müşayiətedici xidmət resursu kafi
deyilsə, müşayiət xərcləri az,
boşdayanma itkiləri çox
olacaqdır.
Sahibolmanın icmal dəyəri modelinin sonrakı inkişafı
faktorlu sahibolmanın icmal dəyəri modelinin yaranması ilə
nəticələnmişdir. Bu model aşağıdakı verilənlər əsasında
qurulur:
•
Təşkilatın (müəssisənin) ölçüsü, sahəvi aidiyyəti və
coğrafi yerləşməsi;
•
Təşkilatda işçi yerlərinin sayı və quruluşu;