MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 186 ____________________________
xəbərdar edilməməsinin nəticəsi olduğundan, müəssisənin
itkilərinə aid edilir.
Qarşılıqlı dəstəklənmə ilə bağlı itkilər. Bu o zaman baş
verir ki, bir istifadəçinin üzləşdiyi insident informasiya
sistemləri xidməti tərəfindən deyil, başqa bir istifadəçi tərəfin-
dən aradan qaldırılır. Bu halda hər iki istifadəçi vaxt itirir ki,
bu da müəssisə üçün daha çox itki deməkdir.
İnsidentləri aradan qaldırmaq üçün
Service Desk (Xidmət
masası mənasındadır, bütün sorğular, insidentlər, problemlər
bura daxil olur) adlı xüsusi bölmə yaradılır ki, bu da
gözəgörünməz itkilərlə mübarizə aparır.
NƏZARƏT EDİLMƏYƏN XƏRCLƏR
İnformasiya sistemləri xidmətinin idarəetmə uçotunda
problem yaradan ikinci iri xərc qrupu nəzarət edilməyən
xərclərdir. Bu xərclər gözəgörünəndir, yəni idarəetmə uçotun-
da iştirak edir və təşkilatın büdcəsində ayrıca xərc mövqeyi və
ya mövqeləri kimi təmsil olunur. Bu xərclərin nəzarət
edilməyənliyi onu ifadə edir ki, onları törədən obyektlərə və
proseslərə aid etmək mümkün olmur. Aşağıda baxılan nəzarət
edilməyən xərclərin hamısı istismar xərcləridir.
Müşayiətetmə xərcləri. Bu xərclər istifadəçilərin
problemlərinin həlli və müştərilərin iş yerlərində aparılan
reqlamentli işlərin icrası ilə bağlıdır. Buraya, material və
ehtiyat hissələri üçün çəkilən xərclər və müşayiətedici işçilərə
verilən ödəmələr aiddir.
Müşayiətetmə xərcləri ya İNSİ xidməti xərclərinin
tərkibində, ya da ayrıca uçota alınır. Bu xərcləri informasiya
sistemlərinin istismarı törətsə də informasiya sistemlərinə aid
etmək olmur. Məsələn, məlumdur ki, şırnaqlı printer ucuzdur,
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 187 ____________________________
lakin onun boyaq kasseti həm tez-tez dəyişdirilən, həm də
bahadır. Bu xərc istismar xərci olsa da nəzarət edilməyən
xərcdir. Müşayiətetmə xərcləri iri ofislərdə informasiya
sistemləri xərclərinin 32%-ni təşkil edir.
İnsibatçılıq xərcləri – serverlər, şəbəkə avadanlıqları,
rabitə kanalı avadanlıqları, paylanmış əməliyyat sistemləri,
lokal şəbəkələr, qlobal şəbəkələr, VBİS-lər, tətbiqi proqramlar
kimi kollektiv istifadə edilən sistemlərin inzibatçılığı ilə bağlı
xərclərdir. Bu xərclər də informasiya sistemləri xidməti
xərclərinin tərkibində uçota alınır. Bunlar da informasiya
sistemlərinə aid edilməyən xərclərdir. Buna görə nəzarət
edilməyən xərc hesab edilir. Bu xərclər informasiya sistemləri
xərclərinin 12%-ni təşkil edir.
Avadanlıqların
modernləşdirilməsinə
və
proqram
təminatına çəkilən xərclər. Bunlar: əlavə avadanlıqlara,
təşkilatdakı proqram təminatının yeni versiyasına alınan
lisenziyaya, modernləşdirmə işləri üzrə konsaltinqə və s.
çəkilən xərclərdir.
Modernləşdirmə xərcləri də informasiya sistemləri
xidmətinə çəkilən xərclərin tərkibində ayrıca sətr şəklində
uçota alınır. Buna baxmayaraq modernləşdirmə xərcləri konk-
ret avadanlığa, proqram təminatına və s. aid edilmir. Bu
xərclər 9% təşkil edir.
İstifadəçilərin ixtisasının artırılmasına çəkilən xərclər.
Buraya: avadanlıqla təchiz edilmiş sinif otaqlarına görə
ödəmələr, mühazirəçilərin əmək haqları və əməkdaşların sərf
etdikləri vaxt aiddir.
Bu xərclər də informasiya sistemləri xidmətinə çəkilən
xərclərin tərkibində uçota alınır və nəzarət edilməyən xərclər
olaraq 1% təşkil edir.
|