MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 36 ____________________________
məlumatlara, həm də operativ səviyyədə yaranan
informasiyaya ehtiyac duyur.
Biliklərin emalı da taktiki səviyyədə həyata keçirilir. Bu
işlə şirkətin 2 tip bölmələri: sənəd emalı (sənədin alınması,
qeydiyyatdan keçirilməsi, saxlanması,
tələb üzrə təqdim
edilməsi və ləğv edilməsi) ilə məşğul olan ümumi bölmələr və
yeni məhsul modelləri hazırlayan layihə büroları məşğul olur.
Strateji səviyyədə yuxarı səviyyə menecerləri şirkətin
uzunmüddətli inkişafı problemlərini həll edir və həmçinin, ətraf
aləmdə baş verən dəyişikliklərin meyllərini izləyirlər. Bunların
əsas vəzifəsi ətraf aləmdə baş verən dəyişikliklərin şirkətin
biznes fəaliyyəti üçün təhlükəli olan məqamlarını (Şirkətin
biznes fəaliyyətində uduzmalara səbəb ola biləcək yeni
materialların, məhsulların, texnologiyaların meydana çıxması)
aşkarlamaqdan ibarətdir.
Strateji səviyyədə həll edilən
məsələlərə nümunə olaraq
aşağıdakıları göstərmək olar:
•
Şirkət yaxın illərdə hansı məhsulları istehsal edəcəkdir?
•
5 ildən sonra şirkətə hansı mütəxəssislər və hansı
ixtisas səviyyələrinə malik mütəxəssislər lazım
olacaqdır?
•
Şirkətin əsas rəqibləri hansı məhsulun istehsalı
strategiyasını seçmişlər?
Aydındır ki, strateji səviyyə üçün əsasən xarici
informasiya tələb olunur ki, bunu da əldə etmək həmişə
mümkün olan iş deyildir. Məsələn, rəqiblərin
strateji istehsal
planları çox gizli saxlanır.
Qeyd edək ki, hər bir idarəetmə və qərar qəbulu
səviyyəsinin özünəməxsus funksional məsələləri vardır.