MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 112 ____________________________
İnternet şəbəkəsinin yaranması
ilə dördüncü kanal
meydana çıxdı. Mövcud potensialının olduqca cüzi hissəsindən
istifadə edilməsinə baxmayaraq,
bu kanal, həm istehlakçılar,
həm də istehsalçılar arasında çox tez və geniş populyarlıq
qazandı. İnternet-kanal özündən əvvəlki 3 kanaldan prinsipial
surətdə fərqlənir. Belə ki, burada ixtiyari informasiya və ya
kommunikasiya əzəl-başdan rəqəmsal formada təsvir edilərək,
şəbəkədəki kompüterlərdə emal edilir. Bu,
iki vacib üstünlük
yaradır: əvvəla, müxtəlif mənbələrdən daxil olan ilkin
verilənlərin rəqəm formasına keçirilməsi ilə bağlı mürəkkəb
problemi aradan qaldırır,
ikincisi, böyük həcmli informasiya
asan translyasiya edilir, saxlanır
və müxtəlif kompüter-
informasiya və idarəetmə sistemlərində avtomatik emal edilir.
Lakin bəzi istehlakçılar hələ də birbaşa kontaktlara,
istehsalçıların nümayəndələri ilə görüşlərə,
digərləri telefon
razılaşmalarına, başqaları isə ənənəvi poçt rabitəsinə üstünlük
verirlər. Eyni bir istehlakçı müxtəlif zamanlarda müxtəlif
səbəblər üzündən müxtəlif kanallardan istifadə edə bilir.
İstehlakçı çox hallarda bir neçə kontakt kanalından
istifadə
etməyə çalışır. Məsələn, İnternetin köməyi ilə istehlakçı özünə
lazım olan məhsulu və onun istehsalçısını tapır və eyni
zamanda, həmin məhsulun satıldığı mağazanın yerini,
telefonunu, elektron ünvanını (
e-mail) asanlıqla əldə edir.
Sonra isə telefon vasitəsilə lazımi dəqiqləşdirmələr edib,
məhsulu sifariş verir.
İstehlakçılar barədə müxtəlif kanallarla yığılan informasiya
müxtəlif verilənlər bazalarında toplandığından, onların
bitkin
şəkildə emalını xeyli çətinləşdirir.
Bundan əlavə, kanal istifadəçilərinin anonimliyi üzündən
müxtəlif kontakt kanalları ilə alınmış informasiyaya əsasən
ayrıca bir istehlakçı barədə ümumiləşdirici
təsəvvür yaratmaq