MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 115 ____________________________
Şəkil 22. Tranzaksiyaların “həcm-mürəkkəblik” parametrləri
fəzasında kanallar üzrə qarşılıqlı fəaliyyət strategiyalarının
təsnifatı
Şəkil 22-dən
göründüyü kimi, aşağı sol kvadrant kiçik
həcmli az mürəkkəb tranzaksiyalara uyğundur. Bu, məhsul üzrə
təxminən eyni sualları tez-tez təkrar edən istehlakçılarla olan
münasibətləri əks etdirir. Odur ki, bunun üçün müştərilərin sual
və cavablar bazasına avtomatik müraciət etməsinə imkan verən
FAQ (
Frequently Asked Questions – tez-tez verilən suallar.)
rejimində ucuz strategiya təşkil etmək məqsədə uyğundur.
Bunun
əksinə olaraq, yuxarı sağ kvadrant iri həcmli çox
mürəkkəb tranzaksiyaları
əks etdirdiyindən, burada bütün
kontakt kanallarının inteqrasiya edilməsi tələb olunur. Bu halda
bütün verilənlər bazalarındakı
verilənləri birləşdirmək, vahid
bilik bazası
və kontakt mərkəzləri yaratmaq, kontaktla bağlı
qarşılıqlı fəaliyyətlərin emalını avtomatlaşdırmaq və birbaşa