MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 127 ____________________________
İNFORMASİYA TEXNOLOGİYALARINDAN
İSTİFADƏ ETMƏKLƏ ŞİRKƏTİN
STRATEGİYASININ REALLAŞDIRILMASI
FƏALİYYƏTİN İDARƏ EDİLMƏSİ ÜÇÜN
İNFORMASİYA BAZASI
Müəssisənin idarə edilməsi metodları sistemində xərclərin
idarə edilməsi metodları mühüm yer tutur.
Şirkətdə xərclərin
uçotu sistemi 3 funksiya icra edir:
•
Birinci funksiya müəyyən dövr üçün məhsul büraxılışına
çəkilən xərclərin uçotu ilə bağlıdır. Bu halda bütün
çəkilən xərclər ya satılmış məhsula, ya da anbar
ehtiyatlarına aid edilir. Bu funksiyanı maliyyə hesabatı
adlandırmaq olar;
•
İkinci funksiya müəssisədə baş verən ayrı-ayrı
proseslərin iqtisadi səmərəliliyinin hesablanmasıdır;
•
Üçüncü funksiya ayrı-ayrı məhsulların,
xidmətlərin,
malgöndərənlərin
və
ictehlakçıların
dəyərcə
qiymətləndirilməsidir.
Birinci funksiyanı müəssisə xarici istifadəçilər, investorlar,
kreditorlar, tənzimləyici orqanlar, vergi müfəttişliyi və s. üçün
yerinə-yetirir. Qalan 2 funksiya daxili istifadə üçün, şirkətin
idarəedici heyətinin istifadəsi üçün icra edilir və qərar qəbulu
üçün lazımi informasiyanın vaxtında
təqdim edilməsi vəzifəsi
kimi meydana çıxır.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 128 ____________________________
XƏRCLƏR UÇOTUNUN İKİ SİSTEMİ
ƏNƏNƏVİ UÇOT SİSTEMİ
Bu sistem istifadə edilərkən xərclərin 2 mərhələli
paylanması sistemi tətbiq edilir. Birinci mərhələdə maya
dəyərinə
birbaşa xərclər, ikinci mərhələdə isə dolayı xərclər
daxil edilir. Dolayı xərclərin məhsula paylanması üçün
hesablanmış normalardan istifadə edilir. Bu sistemin tətbiqi
çöxçeşidli məhsul istehsal edən müəssisələrə nisbətən bir növ
məhsul istehsal edən müəssisələrə üstünlük təmin edir. Çünki
çöxçeşidli məhsul istehsal edən müəssisələrdə dolayı xərclərin
xüsusi çəkisi xeyli yüksək olur. Bu nöqsanı aradan qaldırmaq
üçün xərclərin uçotunu fəaliyyət
növləri üzrə aparmaq
məqsədəuyğundur.
Fəaliyyət növləri üzrə xərclərin uçotu. Bu uçotun
aparılması üçün təməl müəssisənin biznes-prosesləridir.
Fəaliyyət növləri üzrə xərclərin uçotu proseslərin həyata
keçirilməsi, məhsul istehsalı, göstərilən xidmətlər, informasiya
və digər məhsullarla bağlı xərclərin müəyyən edilməsi
metodudur. Bu metod
icra edilən bütün işlər üzrə, bütün
xırdalıqları ilə təqdim edilən məlumatlara əsaslanır.
Bu xərclərin xüsusi çəkisi texnoloji infrastrukturun və
intellektual aktivlərin artımı ilə əlaqədar olaraq artır.
Müəssisələrin çoxunda bu xərclər ümumi xərclərin 50
faizindən çoxunu təşkil edir.
Beləliklə, fəaliyyət növləri üzrə xərclərin uçotu məhsulun
dəyərinin
dərin tədqiqi olub, keyfiyyətə toxunmadan dəyərin
azaldılması yollarını aşkarlamağa və bu yolla məhsulun
rəqabətqabiliyyətliliyini gücləndırmək üçündür. Bu,
çox dəqiq
uçot olsa da çox əmək tutumludur.