Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi


İnsanın ekoloji-hüquqi statusu



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
STANDARTLAŞDIRMA 1-10

İnsanın ekoloji-hüquqi statusu 
Ekologiya hüququ 
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra 
edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan 
hüquqi dövlət şəraitində mümkündür. 
Ekoloji hüquq 
Hüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada 
dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi 
dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə 
əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər 
normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə 
tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq 
formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. 
Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı 
kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata 
keçirilməsini təmin edirdi. 
Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya 
şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində 
yüksəlir, yəni hüquqi dövlət yaranır. 
Hüquq demokratik cəmiyyət şəraitində: 

Dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; 

Dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; 

Müstəqil və güclü olan məhkəmə ilə birləşir. 
Hüquqi dövlət haqqında təsadüfi təsəvvürlərin formalaşmasına Yunan və 
Romanın hüquqi ideyaları, antik demokratiyanın təcrübəsi xeyli təsir 
göstərmişdir. 
Antik aləmdə ədalətli dövlət hakimiyyəti kimi simvolik olaraq hüquq və 
qüvvənin birləşməsini təmsil edən ilahə obrazı qanun və Suqi qaydada Femidada 
ifadə edilmişdir (gözlərdə sarğı, qılınc vƏ ədalət tərəzisi ilə hamı üçün zəruri 
olan bərabər ölçüdə qanunçuluq ilahə tərəfindən mühafizə olunur. 


“Hüquqi dövlət” termininin özü (almanca Rechtsstaat) XIX əsrin birinci üçdə bir 
hissəsində ədəbiyyatda təsdiq edilmişdir. 
Lakin hüquqi dövləti tərənnüm edən müxtəlif təlimlər Yeni dövrdə 
formalaşmağa başlamışdır. Onlar feodal özbaşınalığının tənqidi, humanizm 
ideyaları və insan hüquqları məcrasında inkişaf edirdi. 
Hüquqi dövlətin ən vacib fərqləndirici əlamətlərinə qanunun aliliyi, fərdlərin 
hüquq və azadlığının reallığı, suveren dövlət hakimiyyətinin qanunvericilik, icra 
və məhkəməyə bölünməsi əsasında təşkili və fəaliyyəti daxildir. 
Hüquq insan üçün əlverişli təbii şəraitin təmin edilməsində müəyyən rol oynaya 
bilər. Hüquqi dövlət şəraitində o, “cəmiyyət — təbiət” münasibətlərinə 
normativ, vacib səciyyə yetirə bilər. 
Ekoloji münasibətlərin (o cümlədən ictimai) hüquq vasitəsilə tənzimlənməsi 
yeni əsaslandırılmış qanunların qəbulu ilə başlamalıdır. Qanunçuluğun əsasını 
ölkə konstitusiyası təşkil edir. Beynəlxalq normalara uyğun olaraq, konstitusiya 
ekoloji münasibətlərin tənzimlənməsində dövlətin ümumi yanaşmasını 
müəyyənləşdirir. Belə ki, dünyanın əksər ölkələrinin konstitusiyası BMT 
tərəfindən 1948-ci ildə qəbul edilmiş “İnsan hüquqlarının ümumi Bəyannaməsi” 
və insan hüquqlarına dair başqa beynəlxalq sənədlərinin ideyalarını özündə ifadə 
edir. 
İnsanın vətəndaşlıq və siyasi hüquqlarına dair BMT-nin 1976-cı ildə qəbul etdiyi 
Paktın mərkəzi yerini hər bir insanın inkişafı, ətraf mühitin sağlam və ekoloji 
cəhətdən tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və bəşəriyyətin ümumi 
irsinə olan hüquqlar tutur. Həmin hüquqlar ayrı-ayrı ölkələrin konstitusiyasında 
dəyişikliklərin edilməsinə təsir göstərir. Bu hüquqlar əsasında vətəndaşların 
ekoloji hüquqları, təbii mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə 
haqqında konkret qanunçuluq təkmilləşdirilir. 
Şəxsiyyətin ekoloji hüququnda ona bir tərəfdən təsərrüfat fəaliyyətinin subyekti
təbii mühitə təsir göstərən, ona görə məsuliyyət daşıyan, digər tərəfdən belə 
təsirin obyekti, ekoloji ziyanın qarşısını almaq, bərpa etmək hüququna malik 
kimi baxılır. Bu zaman vətəndaşların ətraf mühitə olan hüququ iki əsas vəziyyət 
ilə müəyyən olunur: ekoloji tərbiyə və təhsillə, ekoloji hüquqların dövlət 
təminatı ilə. Mövcud vəziyyət onunla şərtlənir ki, hər bir vətəndaş (ixtisasından 
asılı olmayaraq) ekoloji biliklərin’əsasını bilməlidir və işçiləri bu və ya digər 
vəzifəyə qoyduqda onun ekoloji hazırlığının səviyyəsini nəzərə almaq lazımdır. 
Vətəndaşların ekoloji hüquqlarının dövlət təminatına vətəndaşların sığortası, 
dövlət və ictimai fondların yaradılması, təbii mühit üzərində nəzarət və 
müşahidə və s. Daxildir. 


Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır: 
Təbii mühitin vəziyyəti və onun mühafizəsi tədbirləri haqqında düzgün 
informasiyanın verilməsi haqqında sorğü etmək; 
Ekoloji cəhətdən ziyanlım obyektlərin yerləşdirilməsi, tikintisi, istismarı 
haqqında qərarların ləğv edilməsini tələb etmək 
Ekoloji qanun pozuntularına görə məsul və günahlar şəxlərin məsuliyyətə cəlb 
edilməsini tələb etmək 

Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin