3.2. ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla)
qanunvericiliyin pozulmasına görə alınan cərimələr;
3.3. müsadirə olunan ovçuluq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların
satışından daxil olan vəsaitlər;
3.4. yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv
edilməsinə görə ödənilən bərpa dəyəri;
3.5. qrantlar, könüllü ianələr;
3.6. Azərbaycan Respublikasının qanunvericiliyinə
zidd olmayan başqa
daxilolmalar.
3.
Fondun vəsaiti yerli maliyyə orqanlarının xəzinədarlığında toplanır və
Fonddan İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təkliflər üzrə Ekologiya və
Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyinin birgə təsdiq etdiyi gəlir və
xərc bölgüsü əsasında (təsdiq olunmuş protokol) Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən istifadə olunur.
4.
Köçürmələrin
vaxtlı-vaxtında
həyata
keçirilməsinə
Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir.
5.
Fondun vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə edilir:
6.1. elmi tədqiqat (o cümlədən, layihə-axtarış və təcrübi-metodiki) işlərinin
aparılmasına, resursqənaətedici və ekoloji təmiz texnologiyalarının tətbiqinə;
6.2. təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının
maliyyələşdirilməsinə;
6.3. ətraf mühitin çirklənməsi nəticəsində dəymiş ziyanın və ekoloji tarazlığı
pozulmuş təbii ekoloji sistemlərin bərpasına (o cümlədən, təbii obyektlərin və
komplekslərin abadlaşdırılmasına, xüsusi mühafizə
olunan təbiət ərazilərinin
biotexniki planlarının layihələrinin hazırlanmasına və yerinə yetirilməsinə);
6.4. çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və
ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş
kompensasiyanın verilməsinə;
6.5. Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin milli sektorunda
ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, təbii sərvətlərdən səmərəli
istifadə edilməsi və onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və
proqnozlaşdırılması, torpaqların münbitliyinin bərpası və artırılması ilə bağlı
dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, normativ-metodiki
sənədlərin, normativ və texniki normativ hüquqi aktların
işlənməsinə;
6.6. ekoloji maarifləndirmə və təhsilə (o cümlədən əhalinin ekoloji bilik və
tərbiyənin təbliğinə, habelə xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edilməsinə,
konfrans və tədbirlərin keçirilməsinə);
6.7. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə;
6.8. yaşıllıqların mühafizəsinə (o cümlədən, onların istifadəsinə, qorunmasına,
bərpasına və genişlənməsinə) yönəldilmiş tədbirlərin maliyyələşdirilməsinə;
6.9. nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və
bərpasına;
6.10. ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının
maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən,
texnoloji
qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi
aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari
təmirinə);
6.11. ətraf mühitin dövlət monitorinqinin
təşkili və keçirilməsinə, dövlət
kadastrının aparılmasına;
6.12.
ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin
həvəsləndirilməsi məqsədi ilə onların maddi stimullaşdırılmasına (o cümlədən,
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin
kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına, habelə müqavilə ilə işləyən
mütəxəssis, ekspert və texniki işçilərə görə pul ödənişlərinə).
6.
Sosial təminat və maddi həvəsləndirmə fonduna yönəldilən vəsaitin məbləği
fondun vəsaitinin 5 faizindən çox olmamalıdır.
7-1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun
müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən
cərimələrdən daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf
mühitin mühafizəsinə dövlət
nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində
çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə
edilir.
7-2. Fonda daxil olan vəsaitin 7 faizi dövlət büdcəsinə köçürülür.
7.
Ümumdövlət və regional əhəmiyyətli ətraf mühitin mühafizəsi tədbirlərinin
keçirilməsinin maliyyələşdirilməsi, vəsaitin əvəzsiz formada ayrılması ilə
həyata keçirilir.
8.
Fonddan istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Ekologiya
və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb Maliyyə Nazirliyinə təqdim
olunur.
9.
Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi nəzarət edir.
10.
İl ərzində istifadə olunmamış Fond vəsaiti növbəti ilin hesabına keçirilir və
Fondda saxlanılaraq ləğv edilməsinə yol verilmir.