Təbiəti mühafizə fəaliyyətində beynəlxalq əməkdaşlıq
Təbii sərvətlərdən səmərəli istifadə ölkənin dayanıqlı iqtisadi inkişafının
ayrılmaz hissəsidir. Lakin son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli
inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii
sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Bununla yanaşı,
demoqrafik artım nəticəsində istehlakın kəskin artması, bərpa olunmayan təbii
ehtiyatların tükənməyə başlaması kimi narahatlıq doğuran məsələlər ətraf
mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir.
Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su,
torpaq və atmosfer mühitinin çirklənmədən mühafizə edilməsi ümumbəşəri
problemə çevrilmişdir.
Ölkədə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı
inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Xüsusilə qeyd etmək
lazımdır ki, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və
mühafizəsinin təkmilləşdirilməsi üçün beynəlxalq təşkilatlar və inkişaf etmiş
ölkələrlə əlaqələrin genişləndirilməsi Azərbaycanın ekoloji siyasətinin əsas
istiqamətləridir.
Ölkə müstəqillik qazandıqdan sonra bir çox beynəlxalq konvensiyalara
qoşulmuşdur. Ətraf mühit sahəsi üzrə konvensiyaların tələblərinə uyğun olaraq
müsbət nəticələr ilə səciyyələnən öhdəliklərin və eləcə də düzgün ekoloji
siyasətin yürüdülməsi üçün köklü dəyişikliklər edilmişdir.
Qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi
və həlli yollarının müyyənləşdirilməsi beynəlxalq proqramlar çərçivəsində,
eləcə də milli imkanlardan istifadə etməklə həyata keçirilir.
Ətraf mühitin mühafizə olunması, ekoloji vəziyyətin yaxşılaşdırılması
məsələləri hazırda aktual olduğundan yerli, regional və qlobal səviyyədə
əməkdaşlıq edilməklə həyata keçirilir və ölkəmizdə dövlət siyasətinin diqqət
tələb edən əsas məsələsi kimi dəyərləndirilir. Bu istiqamətdə beynəlxalq
təşkilatlarla əlaqələr genişləndirilir, müvafiq sazişlər əsasında inkişaf etmiş
ölkələrlə ikitərəfli əməkdaşlıqlar qurulur, beynəlxalq sahədə mühüm tədbirlər
həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT sisteminin ətraf mühitin mühafizəsi
sahəsində fəaliyyət göstərən bütün əsas təsisatları ilə ikitərəfli və çoxtərəfli
formatlarda əməkdaşlıq edir. Hazırda Azərbaycan 20-dən çox beynəlxalq
konvensiya və protokollara qoşulmuşdur. Bu istiqamətdə fəaliyyət davam
etdirilir və qlobal məqsədlərə xidmət edən digər beynəlxalq çoxtərəfli
müqavilələrə qoşulma istiqamətində müvafiq işlər aparılır.
Ətraf mühitin mühafizəsi sahəsində xarici ölkə və təşkilatlarla ikitərəfli hüquq
müqavilə bazası yaradılmışdır. Bu xüsusda müxtəlif ölkələr və təşkilatlarla 30-
dən çox ikitərəfli müqavilə imzalanmışdır.
Nazirliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq layihələr və proqramlar
vasitəsilə milli potensialın artırılması və beynəlxalq təcrübənin ölkəmizdə
tətbiqinə nail olunması əsas məqsədlərdəndir.
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalı Azərbaycanın qədim
Qarabağ bölgəsinin nadir ekosistemləri üçün ciddi təhlükədir. Ermənistanın
yuxarıda göstərilən qanunsuz hərəkətləri ölkəmizin ümumbəşəri davamlı inkişaf
məqsədləri və iqlim dəyişmələrinə qarşı tədbirlərlə qətiyyətli şəkildə ziddiyyət
təşkil edir. Ölkəmizin ekoloji potensialının daha da gücləndirilməsi, beynəlxalq
nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla və ayrı-ayrı ölkələrlə tərəfdaşlıq
əlaqələrinin genişləndirilməsi istiqamətində səylər bundan sonra da davam
etdiriləcəkdir.
Beynəlxalq ekoloji konvensiyalar
Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək və
qlobal ekoloji problemlərin həllində fəal iştirak etmək məqsədilə Azərbaycan bir
çox ekoloji konvensiyalara qoşulmuşdur.
Bioloji müxtəliflik
1
993 – YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında
Konvensiyası;
1998 - Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin
beynəlxalq ticarəti haqqında Konvensiya (CITES Konvensiyası);
1999 – Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında
Avropa Konvensiyası (Bern Konvensiyası);
2000 – BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası;
2005 – Bioloji müxtəliflik haqqında Konvensiyaya Biotəhlükəsizliyə dair
Kartagena Protokolu;
2000 – YUNESKO-nun Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq
əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında Konvensiyası (Ramsar
Konvensiyası);
2011 – Avropa Landşaft Konvensiyası;
Su ehtiyatları
2000 – BMT-nin Avropa İqtisadi Komissiyasının Sərhəddən keçən su
axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyası;
2002 – BMT-nin Avropa İqtisadi Komissiyasının Sərhəddən keçən su
axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında
Konvensiyasının “Su və sağlamlıq haqqında” Protokolu;
Hidrometeorologiya
1993 – Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyası;
1995 – BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası;
2000 – BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına Kioto
protokolu2016 – Paris Sazişi
1996 – BMT-nin Ozon qatının qorunması haqqında Vyana Konvensiyasının
Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu;
Kimyəvi maddələr
2003 - Davamlı üzvi çirkləndiricilər haqqında Stokholm Konvensiyası;
Tullantılar
2001 - BMT-nin Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların
sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel
Konvensiyası;
Atmosfer havası
2002 - Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında
Konvensiya;
Xəzər dənizi
2006 - Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə
Konvensiyası (Tehran Konvensiyası);
1.
2012 - Tehran Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə
regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu
2.
2014 - Tehran Konvensiyasının Xəzər dənizinin quruda yerləşən
mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən
mühafizəsi haqqında Protokolu
Torpaqların deqradasiyası
1998 - BMT-nin Ciddi quraqlıq və/və yaxud səhralaşma baş verən ölkələrdə,
xüsusilə də Afrikada səhralaşma ilə mübarizə üzrə Konvensiyası;
Ekoloji təhlükəsizlik
1999 – Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında
Konvensiya (Espo Konvensiyası);
2004 – BMT-nin Avropa İqtisadi Komissiyasının Sənaye qəzalarının transsərhəd
təsiri haqqında Konvensiya;
Ekoloji təbliğat
1999 – BMT-nin Avropa İqtisadi Komissiyasının Ətraf mühit ilə bağlı
məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində
iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında Konvensiyası (Orxus
Konvensiyası);
Sərbəst iş N°_ 4
Dostları ilə paylaş: |