Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


Sxem 1. Dövlətin innovasiya siyasətinin əsas istiqamətləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə153/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   149   150   151   152   153   154   155   156   ...   163
UNEC-2021-məqalələe

Sxem 1. Dövlətin innovasiya siyasətinin əsas istiqamətləri 
Mənbə: Sxem müəllif tərəfindən araşdırmalara istinadən hazırlanmışdır. 
 
Uzun zaman ərzində ölkəmizin iqtisadiyyatı daim dəyişməkdə olan neft gəlirləri şərai-
tində innovasiyalara xüsusilə ehtiyac duymuşdur [1]. Çoxsaylı tədqiqatlar göstərir ki, 
neft və qaz ehtiyatları ilə zəngin olan ölkələrin iqtisadi artımı resurs baxımından zəngin 
olmayan ölkələrdən geri qalır və davamlı olaraq iqtisadi böyümə üçün bu dövlətlər 
texnoloji yeniliyə daha çox ehtiyac duyur. Ötən əsrin 60-cı illərindən etibarən neft 
ölkələri illik ortalama 1,67%, qeyri-neft ölkələri isə 1,76% iqtisadi artıma malik olmuş-
dur [2]. Bu səbəbdən, Azərbaycan iqtisadiyyatının inkişafı strategiyasının əsas məqsədi 
qeyri-neft sektorunda inkişafı təmin etmək əsasında iqtisadi artıma nail olmaq və iqtisa-
diyyatı şaxələndirməkdir. Bu baxımdan, iqtisadiyyatda innovasiyaların tətbiq edilmə-
sinin genişləndirilməsi məqsədilə güclü stimullaşdırıcı mexanizmin yaradılması və inki-
şafı dövlətin iqtisadi siyasətində diqqət mərkəzindədir. 
İnvestisiya ilə iqtisadi artım arasında əsaslı əlaqə mövcuddur. İlk növbədə inves-
tisiyalar iqtisadi artımın mühüm amilidir və ölkədə investisiya potensialının yüksəl-
məsi iqtisadi artıma müsbət təsir edir. Digər tərəfdən, yüksək tələb istehsalın artırıl-
masına və firmalara investisiyaları qoymağa stimul verir.
Bazar iqtisadiyyatı ölkələrində iqtisadiyyatın inkişafı iqtisadi artımda investisiyaların 
aparıcı rolunu təsdiqləyir. Asiyanın Cənub-Şərq ölkələrində baş vermiş “iqtisadi mö-
cüzənin” tədqiqi göstərir ki, onlarda olan inkişaf iqtisadi artımın yalnız bir hissəsinin 
UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 164 - 173 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 164 - 173 


156 
əsas kapitala yönəldilən investisiyalar hesabına əldə edilirsə, bir o qədəri də insan 
kapitalı hesabına baş verir. Bu onu göstərir ki, dayanıqlı artıma nail olmaq üçün yalnız 
investisiyaların artırılması kifayət deyil. Burada investisiyaların həcmindən başqa 
onların keyfiyyəti, səmərəliliyi və əlverişli investisiya mühitinin yaradılması daha 
önəmlidir. İnvestisiyaların səmərəliyini təmin etmək üçün dəqiq məqsədlər, vəzifələr 
və tələblər qoyan dövlət investisiya siyasəti tərtib olunmalı, uzunmüddətli inkişaf 
strategiyasının parametrləri və ona müvafiq yığım norması müəyyən edilməlidir. Bu 
məqsədə nail olmaq üçün növbəti mərhələdə iqtisadiyyatda investisiya resurslarının 
kifayət olması müəyyən olunur və onlar kifayət olmayan halda, əlavə tədbirlər vasitəsi 
ilə tələb olunan resursları yaratmaq üçün yığım və investisiyaların stimullaşdırma-
sından istifadə olunur. Bu mərhələdə vergi sistemi və dövlət büdcəsinin kəsrinin 
səviyyəsi önəmli rol oynayır. Uzunmüddətli vəzifələrdən başqa, investisiya siyasəti 
çərçivəsində cari məsələlər öz həllini tapmalıdır. Bu da investisiya səviyyəsinin sabit-
ləşməsi və onun üçün sabit makroiqtisadi mühitinin yaradılması, inflyasiyanın aşağı 
səviyyəsinə nail olunması, tarazlaşdırılmış xarici ticarət və real faiz dərəcəsinin opti-
mal olması zərurətini ehtiva edir.
Ölkəmizdə innovativ inkişafın fiskal mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı 
konkret xərc istiqamətlərinin seçilməsi vacibdir. Əsasən 3 istiqamətdə təkmilləşdirilən 
bu xərclər ölkədə elm xərclərinin, texnologiya, eləcə də müasir innovativ avadanlıq-
lara yatırılan investisiyaların və eyni zamanda elektron hökumətin təkmilləşdiril-
məsinə yönəldilən xərclər formasında həm mikro, həm də makroiqtisadiyyatda inno-
vasiya göstəricilərinin yaxşılaşmasına səbəb olacaqdır. 
Azərbaycanda innovasiya fəallığının formalaşdırılmasında mühüm şərtlərdən biri in-
novasiya sahibkarlığının maliyyələşdirilməsi işinin təşkili zamanı beynəlxalq stan-
dartlara uyğun səmərəli investisiyalaşdırma formalarının seçilməsi və təcrübədə ef-
fektiv tətbiqi hesab edilir. Məhz bu səbəbdən müvafiq istiqamətdə dövlət iqtisadi siya-
sətini müəyyənləşdirərkən həmin maliyyələşdirmə formalarının innovasiya fəallığına 
təsir göstərməsi baxımından üstünlüyü əsaslandırılmalı, onların respublikada tətbiq 
edilməsi imkanları aşkar olunmalıdır.
Səmərəli innovasiya siyasəti keyfiyyətli dövlət idarəetmə strukturu və təkmilləşmiş 
biznes mühiti islahatlarını tələb edir. İqtisadi artım tempinin aşağı düşdüyü dövrdə 
xüsusilə texnologiya transferi və bəzi seçilmiş sahələrdə T-İ xərclərini stimullaşdıran 
tədbirlərə ehtiyac yaranır. 
Tədqiqatda Azərbaycanda innovasiyalı inkişafın mövcud vəziyyətinin təhlili məqsə-
dilə bu sahədə güclü və zəif tərəflər, eyni zamanda imkanlar və tərəddüdlər müəyyən 
olunmuşdur (GZİT təhlil) və bu təhlilin nəticəsi aşağıdakı cədvəldə ümumiləşdi-
rilmişdir: 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin