Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 164 - 173



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə155/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   151   152   153   154   155   156   157   158   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 164 - 173 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 164 - 173 


158 
İnnovasiya siyasəti beynəlxalq iqtisadi, siyasi trendləri də xüsusilə nəzərə almalıdır. 
Dünya ölkələrində atırılan T-İ xərcləmələrinin həcminə əsasən məlum olur ki, yaxın 
5 il ərzində dünyada öncül sektorlar süni intellekt, böyük məlumat bazaları ilə iş (“big 
data analysis”), bio-nanotexnologiya, biomühəndislik, bərpa olunan enerji, proqram 
təminatı, robot sənayesi, fərdi tibbi diaqnostika alətləri kimi sahələr olacaqdır.
Ölkəmizdə innovasiya yönümlü iqtisadiyyatın formalaşması istiqamətində büdcə pro-
sesinin təkmilləşdirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Bu proses aşağıdakı məsə-
lələri nəzərdə tutur: 
- dövlət tərəfindən maliyyələşdirilmə formalarının təşkil edilməsi effektivliyinin 
artırılması və maliyyə resurslarının məqsədli surətdə istifadə edilməsi üzərində nəzarət 
işinin təşkil edilməsi. Bu proses büdcədənkənar pul vəsaitlərindən istifadə olunma-
sının stimullaşdırılması ilə eyni zamanda həyata keçirilir; 
- dövlət sektorunda olan elmi təşkilatlarda və ali təhsil müəssisələrində özəl sahib-
karlıq müəssisələrinə büdcə ayrılmalarının nəzərdə tutulması; 
- yüksək texnoloji sahələrin büdcədən maliyyələşdirilməsinə yanaşmaların dəyiş-
dirilməsi. Bu istiqamətdə məqsədli proqramların həyata keçirilməsi mexanizmlərini 
yenidən nəzərdən keçirmək, müqavilə sistemi şərtləri barədə məlumatlandırmaq, 
innovasiya layihələrinin seçilməsində müsabiqə səviyyəsini yüksəltmək, texnologiya 
vasitəçiləri institutlarını müəyyən etmək lazımdır. 
2. İnnovasiyalı iqtisadiyyatda bir sıra göstəricilərin əlaqələrinin ekonometrik 
qiymətləndirilməsi və nəticələrin interpretasiyası 
Cədvəl 1-də verilmiş göstəricilərin zaman sırası məlumatları əsasında ekonometrik 
modelləşdirmə üsulu ilə göstəricilər arasındakı əlaqələr qiymətləndiriləcəkdir [3]. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin