160
Cədvəl 2 əsasında elm xərclərinin ÜDM-ə təsirinin reqressiya tənliyini aşağıdakı
şəkildə yaza bilərik:
LOG(UDM) = 10.1995917917 + 0.373624054688*LOG (ELM (-15)). (2)
(s.e) (0.155899) (0.066220)
𝑅
2
=0.841412, DW=1.901091
Burada UDM
- ümumi daxili məhsul, ELM
- elmə çəkilən xərcləri, (s.e) –
standart
səhvi göstərir. Determinasiya əmsalının (R-squared) 0.841412-ə bərabər olması
ÜDM-in tədqiq olunan illərdə həcminin ildən-ilə dəyişməsinin təxminən 84,1%-i elm
xərcləri və onunla sinxron dəyişən amillərin dəyişməsi ilə izah edilə bilər.
Darbin-Vatson statistikasının (Durbin-Watson stat) 1.901091-ə bərabər olması gös-
tərir ki, modelin qalıqlarının 1-ci tərtib avtokorrelyasiyası,
demək olar ki,
mövcud
deyil. Qeyd edək ki, Darbin-Vatson statistikasının qiyməti 0-4 aralığında dəyişir. Sıfra
yaxın olması müsbət avtokorrelyasiyanı, dördə yaxın olması mənfi avtokorrelyasiyanı
göstərir. İki ətrafında olması avtokorrelyasiyanın mövcud olmamasını göstərir ki, bu
da arzu olunandır.
Dostları ilə paylaş: