162
Şəkil 1-dən göründüyü kimi ÜDM-in faktiki qiymətləri ilə model (1)-dən alınan
qiymətləri xeyli yaxındır.
Ekonometrik modelin digər əsas statistik xarakteristikaları
və müvafiq testlər də
göstərmişdir ki, model adekvatdır.
(1)
Modelinə əsasən deyə bilərik ki, Azərbaycanda ÜDM-in elm xərclərinə nəzərən
elastiklik əmsalı 0.373624054688-dir, yəni 15 il əvvəl elmə çəkilən xərclərin 1%
artması hazırkı dövrdə ÜDM-in həcmini təxminən 0,37% artırır. Loqarifmik modeldə
elastiklik əmsalı sabit
olduğu üçün deyə bilərik ki, cari
ildə elmə çəkilən xərclər
ortalama 15 ildən sonra ÜDM-in həcmini təxminən 0,37% artırır, yəni elə elmi kəşflər
var ki, onun iqtisadiyyata tətbiqi 15 ildən tez və eləsi də var ki, 15 ildən daha sonra
baş verir. Yada salmaq lazımdır ki, həmyerlimiz dünyaca məşhur Lütfizadənin qeyri-
səlis məntiq nəzəriyyəsi 30 ildən sonra Yaponiyada öz tətbiqini tapmışdır.
Nəticə
Tədqiqatın nəticəsi olaraq innovasiya yönümlü inkişafın fiskal mexanizmlərindən isti-
fadənin qiymətləndirilməsinə baxılmışdır. Bunun üçün ilk öncə innovasiyalı inkişafın
mövcud vəziyyətinin svot təhlili, bu sahədə güclü və zəif tərəflər, eyni zamanda im-
kanlar və tərəddüdlər müəyyən olunmuşdur (GZİT təhlil).
Məlum olmuşdur ki, ölkəmizdə innovasiya yönümlü inkişaf üçün əlverişli mühit olsa
da, tətbiqində müəyyən çatışmazlıqlar var. Daha sonra elmə ayrılan xərclərin iqtisadi
inkişafa təsirini qiymətləndirmək üçün ekonometrik model qurulmuşdur.
Modelin
nəticəsinə görə Azərbaycanda ÜDM-in elm xərclərinə nəzərən elastiklik əmsalının
0.37-yə bərabər olduğu müəyyən edilmişdir. Loqarifmik modeldə elastiklik əmsalı
sabit olduğu üçün deyə bilərik ki, cari ildə elmə çəkilən xərclər ortalama 15 ildən sonra
ÜDM-in həcmini təxminən 0,37% artırır. Qeyd edək ki, əvvəllər elmin iqtisadi inki-
şafa təsiri daha ortalama uzun illərlə xarakterizə olunurdu. Lakin son illərdə informa-
siya texnologiyalarının inkişafı, elmi informasiyaların, o cümlədən elmi yeniliklərin
elektron formada sürətlə yayılması elmə çəkilən xərclərin azalmasına səbəb olmuş, o
cümlədən elmi nəticələrin istehsalata tətbiqini də xeyli sürətləndirmişdir.
Dostları ilə paylaş: