8
kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı
məhsullarının istehsalından alınan gəlirlərinin gəlir
vergisindən azad edilməsi, kənd
təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi
şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərinin 2014-cü il yanvarın 1-dən 10 il
müddətinə mənfəət vergisindən azad edilməsi stimullaşdırıcı xarakter daşıyır (1).
Sxem 1.
Vergi güzəşt və azadolmalarının strukturu
Mənbə: Müəllif tərəfindən tərtib edilmişdir.
Sosial güzəşt və azadolmalar əhalinin sosial cəhətdən zəif müdafiə olunmuş təbəqə-
lərinin sosial müdafiəsinə, son məqsədi əhalinin sosial rifahının dəstəklənməsinə yö-
nəlmiş təşkilatlara, qeyri-kommersiya təşkilatlarına yönəlmişdir. Bu güzəşt və azadol-
malar stimullaşdırıcı güzəşt və azadolmalardan fərqli olaraq iqtisadi aktivliyin yük-
səldilməsinə və büdcəyə vergi daxilolmalarının həcminin artımına xidmət etmir. Mə-
sələn, Azərbaycan Respublikasında xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyətindən
başqa əldə etdikləri gəlirlərin vergidən azad edilməsi sosial xarakter daşıyır.
Maliyyə güzəşt və azadolmalarının əsas məqsədi tam
və ya qismən dövlət büdcəsi
hesabına maliyyələşən vergi ödəyicilərinin vergi xərclərinin azaldılmasına
yönəl-
mişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilat-
larının əmlak vergisindən azad edilməsi maliyyə güzəştidir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan 9
vergi növündən
yol vergi və mədən vergisi istisna olmaqla digərlərində güzəşt və azadolmalar nəzərdə
tutulmuşdur. Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərə nəzər yetirdikdə görmək
olar ki, ilbəil bu güzəşt və azadolmaların sayı artır.
Azərbaycan Respublikasında vergi güzəşt və azadolmaların dinamikası aşağıdakı
diaqramda əks olunub.
V
er
gi
güz
əş
t v
ə
az
ad
o
lm
al
ar
ı
Stimullaşdırıcı güzəşt və
azadolmalar
Sosial güzəşt və azadolmalar
Maliyyə güzəşt və azadolmaları
Dostları ilə paylaş: