Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 5 - 14



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   2   3   4   5   6   7   8   9   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 5 - 14 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 5 - 14 



keyfiyyət xarakteristikası olan neytrallıq, ədalətlilik və səmərəlilik prinsipi ilə zid-
diyyət təşkil edir. Belə ki, vergi güzəştlərinin sayının çox olması vergi qanunverici-
liyini daha mürəkkəb edir, inzibatçılıq xərclərini artırır. Digər tərəfdən isə bir-biri ilə 
rəqabət aparan vergi ödəyicilərinin müəyyən kateqoriyasına vergi güzəştlərinin veril-
məsi onlar arasında ayrı-seçkiliyin yaranmasına səbəb olur. Başlanğıc vəziyyətdə bu 
fərqin olması azad rəqabətə öz mənfi təsirini göstərir (3, 4).
Vergi güzəşt və azadolmaları büdcə vəsaitinin birbaşa xərclənməsini ehtiva etməsə də, 
büdcə gəlirlərinin azalmasına səbəb olur. Bu nöqteyi-nəzərdən vergi güzəşt və azadol-
malarına vergi sistemi çərçivəsində vergi ödəyicilərinə göstərilən maliyyə yardımı 
kimi də baxmaq olar. Bütün bunlara baxmayaraq, dövlət iqtisadi tənzimləmə prose-
sində vergi güzəştlərindən geniş surətdə istifadə edir. 
Əvvəlcə vergi güzəştlərinin mahiyyətini açıqlamağa cəhd edək. Hələ ötən əsrin 2-ci 
yarısında Stenli Sürrey vergi güzəştlərinin tərifini təklif etmişdi. Bu tərifə əsasən vergi 
güzəşti verginin “standart” strukturuna nəzərən dovlət gəlirlərinin yığılmasının azal-
masına səbəb olan vergi xərcləridir (8). Sonralar vergi güzəştlərinin bu tərifi inkişaf 
etmiş əksər ölkələrin vergi praktikasında öz əksini tapmış oldu. Elmi ədəbiyyatda 
vergi xərclərinə müəssisələrə, sosial yönümlü QHT-lərə, sosial cəhətdən həssas vətən-
daşlara və digər kateqoriyalara dövlət dəstəyi olaraq vergi ödənişlərində verilmiş 
güzəştlər nəticəsində büdcənin itkiləri kimi tərif verilmişdir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergi güzəştlərinə konkret tərif 
verilməmişdir. Rusiya Federasiyasının Vergi Məcəlləsinə əsasən vergilər üzrə güzəşt-
lər digər vergi ödəyiciləri ilə müqayisədə konkret vergi ödəyicilərinə qanunvericilikdə 
nəzərdə tutulan üstünlüklərin, yəni vergini ödəməmək və ya daha az miqdarda ödəmək 
imkanının verilməsidir (5). Müxtəlif iqtisadi ədəbiyyatlarda vergi güzəştlərinə verilən 
tərifləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, vergi güzəşti vergitutma obyekti 
mövcud olduğu halda vergi ödəyicisinə vergini ödəməkdən tam və ya qismən azad 
olmaq üçün təqdim edilən müstəsna imkandır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin