Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


Z.H.Rzayev: Vergi güzəşt və azadolmalarının səmərəliliyinin qiymətləndirilməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   5   6   7   8   9   10   11   12   ...   163
UNEC-2021-məqalələe

Z.H.Rzayev: Vergi güzəşt və azadolmalarının səmərəliliyinin qiymətləndirilməsi 


10 
güzəştlər müxtəlif məqsədlər üçün stimullaşdırıcı xarakter daşımaqla yanaşı, büdcə 
gəlirlərinin azalmasına səbəb olur. Beləliklə, vergi güzəştlərinin aşağıdakı müsbət 
aspektlərini qeyd edə bilərik: 
-
Vergi güzəşti bir dəstək tədbiri olmaqla sahibkarlıq subyektinin maliyyə yükünü 
azaltmaq üçün bir vasitədir, uzunmüddətli dövrdə vergi tutulan bazanın artmasına 
imkan verən bir təşviq mexanizmidir (müsbət təsir); 
-
Bu imtiyazı almayan rəqibləri ilə müqayisədə daha əlverişli şəraitdə güzəşt hüqu-
qunu əldə edəni üstün vəziyyətə gətirdiyi üçün məhsul bazarında inzibati bir maneədir 
(rəqabət mühitinə mənfi təsir); 
-
Büdcə gəlirlərinin azalması ilə müşayiət olunan büdcə itkilərinin səbəbidir (qısa 
və orta müddətdə büdcəyə mənfi təsir). 
Vergi güzəşt və azadolmalarının səmərəliliyinin qiymətləndirilməsi 
Yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, səmərəli dövlət tənzimlənməsinə 
və mükəmməl bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşması üçün 
vergi sisteminin qarşısında vergi siyasətinin iqtisadi proseslərə təsirinin daha da 
gücləndirilməsi, passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçilməsi, vergi dərə-
cələrinin optimallaşdırılması vacib məsələlər hesab olunur. Bu kontekstdə, vergi 
tənzimləməsinin əsas alətlərindən biri olan vergi güzəştlərinin və azadolmalarının 
tətbiqinin səmərəliliyinin müəyyən edilməsi və bu sahədə beynəlxalq təcrübə nəzərə 
alınmaqla təkmilləşdirmə işlərinin həyata keçirilməsi xüsusi aktuallıq kəsb edir. 
Bu zaman qarşıya çıxan əsas məsələ vergi güzəştlərinin tətbiqi nəticəsində stimul-
laşdırıcı məqsədlərdən əldə edilmiş səmərənin bu güzəştlərin tətbiqi nəticəsində ya-
ranmış büdcə itkiləri ilə müqayisəsinin aparılmasıdır. Eyni zamanda vergi güzəşt-
lərinin səmərəliliyinin qiymətləndirilməsi səmərəsiz vergi güzəştlərinin aşkar edil-
məsi, onların aradan qaldırılması, həmçinin güzəştlərin verilməsinin yeni forma və 
metodlarının işlənib hazırlanmasına xidmət edir. 
Vergi güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi zaman elə effektlər ortaya çıxa 
bilər ki, onların kəmiyyətlə ifadə edilməsində müəyyən çətinliklər yarana bilər. Məsə-
lən, muzdlu işlə əlaqədar alınan əməkhaqqıdan vergilərin tutulması ilə bağlı verilən 
güzəştlər həmin şəxslərin maddi rifah halının yüksəldilməsinə xidmət etdiyi halda, 
büdcə daxilolmalarının səviyyəsinin aşağı düşməsinə, yəni büdcə itkilərinə səbəb olur. 
Burada əsas məsələ maddi rifahın yüksəlməsindən əldə olunan səmərənin büdcə 
itkiləri ilə müqayisəsidir. Maddi rifah halının yüksəlməsi ilə büdcə itkilərini eyni bir 
ölçü vahidi ilə ifadə etmək mümkün olmadığından, bu cür qiymətləndirmə zamanı 
ortaya ciddi çətinliklər çıxır (6, 7).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2020-ci il tarixli Qərarı ilə 
“Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” təsdiq 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin