Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   8   9   10   11   12   13   14   15   ...   163
UNEC-2021-məqalələe

 
 
UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 5 - 14 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 5 - 14 


13 
Nəticə 
Qaydalarda qeyd edilən meyarların qiymətləndirilməsinin kifayət qədər mürəkkəb və 
məlumatların tədqiqatçılar üçün o qədər də əlçatan olmadığını nəzərə alaraq bu meyar-
ların qiymətləndirilməsinin sadələşdirilməsi üçün aşağıdakılar təklif olunur.
Büdcə səmərəliliyinin qiymətləndirilməsi üçün hesabat ilində büdcəyə daxil olmuş 
vergi ödənişlərinin həcminin (V(t)) həmin göstəricinin istehlak qiyməti indeksinə 
uyğun olaraq korrektə edilmiş ötən ildəki qiymətinə (V(t-1)) nisbətinə baxmaq olar, 
yəni 
V(t) / V(t-1) 
Bu nisbətin qiyməti vahidə bərabər və ya ondan çox olarsa, vergi güzəşt və azadol-
malarını səmərəli hesab etmək olar. 
Sahələr üzrə iqtisadi səmərənin qiymətləndirilməsi üçün aşağıdakı göstəricilərin hesa-
bat ilindəki qiymətinin istehlak qiyməti indeksinə uyğun olaraq korrektə edilmiş ötən 
ildəki qiymətinə nisbətinə baxmaq olar: 
-
məhsul istehsalı həcmi; 
-
malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən 
daxilolmaların həcmi; 
-
mənfəət; 
-
rentabellik; 
-
əsas vəsaitlərin orta illik dəyəri və s. 
Heç olmasa 2 göstərici üzrə artım müşahidə edildiyi halda, vergi güzəşt və azadol-
malarını iqtisadi cəhətdən səmərəli hesab etmək olar.
Sosial səmərənin qiymətləndirilməsi üçün aşağıdakı göstəricilərin hesabat ilindəki 
qiymətinin ötən ildəki qiymətinə nisbətinə baxmaq olar: 
-
işçilərin orta siyahı sayı; 
-
bir işçinin orta aylıq əməkhaqqı; 
-
əməkdaşların təhsil və peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə çəkilən xərclər. 
Heç olmazsa bir göstərici üzrə artım müşahidə edildiyi halda, vergi güzəşt və azadol-
malarını iqtisadi cəhətdən səmərəli hesab etmək olar.
Vergi güzəşt və azadolmalarının səmərəliliyinin qiymətləndirilməsindən sonra səla-
hiyyətli orqanlar bu güzəşt və azadolmaların saxlanması, ləğv edilməsi və ya onlara 
müəyyən dəyişikliklər edilməsi barədə qərarlar qəbul edirlər. 
Ədəbiyyat 
1.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi Bakı 2021; 
2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş 
“Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”; 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin