15
AZƏRBAYCANDA GÖMRÜK-TARİF DƏRƏCƏLƏRİNİN ÜMUMİ DAXİLİ
MƏHSULA VƏ İQTİSADİYYATIN AYRI-AYRI SAHƏLƏRİNƏ TƏSİRİNİN
TƏHLİLİ
Daxil olub: 26 yanvar 2021-ci il;
Qəbul olunub: 19 aprel 2021-ci il
Received: 26 January 2021;
Accepted: 19 April 2021
S.İ.Ağayev
1
, S.S.Hüseynov
2
1
i.ü.f.d., dosent, UNEC,
1
AMEA İdarəetmə Sistemləri İnstitutu;
2
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
1
agayevsayad@gmail.com
;
2
huseynovseymur447@gmail.com
Xülasə
Məqalədə Azərbaycanda gömrük-tarif siyasətinin ölkənin ümumi və qeyri-neft iqtisa-
diyatının inkişafına təsirləri tədqiq edilmişdir. Eyni zamanda
seçilmiş ekonometrik
modellərin adekvatlığının yüksəldilməsi məqsədilə daxil edilmiş bir sıra makroiqti-
sadi kontrol dəyişənlərinin də effektləri barədə müvafiq nəticələr əldə edilmişdir.
Təbii ki, bu nəticələr aqreqatlaşmış
şəkildə əldə olunmuşdur, yəni milli istehsalın
stimullaşdırılması baxımından gömrük-tarif siyasəti kimi tarif dərəcələrinin təsirləri
ümumi şəkildə müəyyən edilmişdir. Bu kontekstdə gömrük-tarif
siyasəti kimi tarif
dərəcələrinin iqtisadi fəaliyyət sahələri üzrə təsirlərini qiymətləndirməklə bu siyasətin
Azərbaycan iqtisadiyyatının hansı sektorlarında daha effektli ola biləcəyini və bunun
da sayəsində milli istehsalın stimullaşdırılmasının daha səmərəli istiqamətini müəyyən
etmək mümkün olacaqdır.
Açar sözlər:
gömrük-tarif dərəcəsi, iqtisadi fəaliyyət sahələri, fiskal siyasət, iqtisadi
artım, sahələrarası əlaqə, vergi.
Dostları ilə paylaş: