Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 15 - 25



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   12   13   14   15   16   17   18   19   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 15 - 25 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 15 - 25 


17 
fayda götürməsi, onun beynəlxalq iqtisadi münasibətlərə səmərəli inteqrasiya olun-
ması baxımından da xüsusi rola malikdir. Hazırkı dövrdə qeyri-neft sektorunun 
inkişafı, idxal əvəzləyici istehsal sahələrinin yaradılması ölkənin bütün strateji sənəd-
lərində iqtisadi inkişafın prioriteti kimi qeyd olunmuş və bəyan edilmişdir. Belə bir 
iqtisadi siyasətin tərkibi kimi gömrük-tarif siyasətinin prosesə təkan vermə və sürət-
ləndirici funksiyasının olduğu bəllidir. Təbii ki, əgər söhbət daxili istehsal sahələrinin 
inkişafı və qorunmasından gedirsə, onda proteksionist siyasət yolu seçilməli və göm-
rük-tarif siyasətində sərtləşdirici tədbirlərin həyata keçirilməsi məqəsədəuyğun hesab 
edilməlidir. Digər tərəfdən, Azərbaycan qlobal iqtisadi inteqrasiyaya qoşulmanın va-
cib olduğunu qəbul edir və beynəlxalq ticarət əlaqələrində fəal tərəfdaş kimi yer tut-
mağa çalışır. Belə bir çətin situasiyada gömrük-tarif siyasəti həddindən artıq peşə-
karlıq və məharətlə həyata keçirilməli və hökumətin qarşısına qoyduğu bu iki istiqa-
mətli siyasətin reallaşdırılmasında öz müsbət töhvəsini verməlidir.
 
Bundan başqa məlumdur ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən 
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvüdür və bu təşkilatların fəal iştirakçısıdır. 
Xüsusilə ÜTT ilə qarşılıqlı əməkdaşlıq şəraitində ölkəmiz gömrük-tarif dərəcələrinin 
beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində bəzi öhdəliklər və cavabdeh-
likləri qəbul edərək bununla əlaqədar siyasət çərçivəsini müəyyənləşdirmişdir. Lakin 
digər tərəfdən gömrük-tarif siyasətindən dövlət büdcəsinə daxilolmalar hökumətin 
fiskal siyasətinin həyata keçirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli paya malikdir. 
Deməli, Azərbaycan hökuməti beynəlxalq tələblər kontekstində gömrük-tarif dərəcə-
lərinin azaldılması tədbirlərini həyata keçirərkən müəyyən miqdarda fiskal gəlirlərdən 
imtina etmiş olur. Bunun kompensasiyası isə bu siyasətin iqtisadi inkişafa, ümumi 
məhsul istehsalına hansı səviyyədə təsir göstərəcəyinin müəyyənləşdirilməsi və təd-
qiqi vasitəsilə hazırlanan siyasət yolu ilə mümkündür. Yəni gömrük-tarif siyasətində 
həyat keçirilən yumşaldılma siyasətinin iqtisadiyyatın hansı sektorlarında daha çox 
canlanmaya və inkişafa səbəb ola biləcəyinin müəyyənləşdirilməsi çox böyük əhəmiy-
yətə malikdir. Bu yolla hökumət həmin sektorları daha çox əhatə edən gömrük-tarif 
siyasətində yumşaldılmaya getməklə itirilmiş fiskal imkanları əldə olunmuş daha 
böyük iqtisadi inkişafla kompensasiya etmək imkanları əldə etmiş olacaqdır. 
Beləliklə, dövlətin maliyyə dayanıqlığı, fiskal siyasət və iqtisadi inkişaf aspektləri 
fonunda bütün bu qeyd olunanlar məqalənin mövzusunun aktuallıq kəsb etdiyini 
şərtləndirir. 
Azərbaycan gömrük-tarif siyasətinin çoxtərəfli tənzimləmə sistemlərinin tələblərinə 
uyğunlaşdırılması istiqamətində geniş spektrli qanunvericilik bazasının hazırlanması 
və tətbiqini də həyata keçirərək bunun üçün hüquqi əsasların formalaşmasına nail 
olmuşdur. Bu istiqamətdə əsas işlərdən biri kimi gömrük tarifi haqqında Azərbaycan 
Respublikasının 13.06.2013-cü il tarixli 687-İVQ saylı qanunu xüsusi əhəmiyyətə 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin