20
seçilməsi baxımından əhəmiyyətlidir. (6) bərabərliyinin sağ tərəfində verilmiş
W
cəd-
vəldə verilmiş “Xərclər-Buraxılış” modelinin ümumi əlavə dəyər sətrini, ümumi bura-
xılış sətrinə bölməklə əldə olunan əlavə dəyər normasıdır.
Beləliklə, (6)
bərabər-
liyindən istifadə etməklə iqtisadi fəaliyyət sahələri üzrə qiymət indekslərinin (
P
)
hesablanması mümkün olacaqdır ki, bu da iqtisadi fəaliyyət sahələrinin və ümumilkdə
iqtisadiyyatın stabil inkişafı nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edən qiymət
səviyyəsinin müqayisəli təhlilinə imkan verəcəkdir. Nəticə olaraq gömrük-tarif siya-
sətində baş verən dəyişmənin hansı sektor vasitəsilə daha çox
multiplikativ effektlə
qiymət səviyyəsinə təsirini müəyyənləşdirmək mümkün olacaq.
Təhlilin bir başqa istiqaməti (5) bərabərliyi vasitəsilə həyata keçiriləcəkdir. Bu bəra-
bərliyin sağ tərəfindəki
Y
qeyd olunduğu kimi iqtisadi fəaliyyət sahələrində
istehsal
olunmuş məhsullara olan son tələbi ifadə edir və bu dəyişən xərclər-buraxılış matris-
lərində mövcud olur. Əvvəlcə gömrük-tarif dərəcələri və son tələb (Y) arasında sadə
reqressiya asılılığı ifadə edən əmsaldan istifadə olunacaqdır.
Bu zaman son tələbin
əvəzinə iqtisadiyyat üzrə cəmi ÜDM göstəricisi iştiralk edəcək. Çünki
milli hesab-
lardan
məlumdur ki, iqtisadi fəaliyyət sahələrinin istehsal
etdikləri məhsullara son
tələblərin cəmi elə ÜDM-ə bərabərdir. Beləliklə, gömrük-tarif dərəcəsi və ÜDM ara-
sındakı asılılığı ifadə edən əmsaldan gömrük-tarif dərəcəsinin son tələbə təsir əmsalı
kimi istifadə olunacaqdır. Bu yolla gömrük-tarif dərəcələrində baş verən hər hansı
dəyişmənin (5) bərabərliyi vasitəsilə bütün iqtisadi fəaliyyət sahələrinin ümumi bura-
xılışlarında yaratdığı dəyişiklik və eyni zamanda ən yüksək multiplikatorun hansı
iqtisadi fəaliyyət sahəsindən keçərək formalaşdığını
müəyyənləşdirmək mümkün
olacaqdır. Əvvəlki tədqiqatlarda Azərbaycanda gömrük-tarif
dərəcəsinin bir vahid
artımı ÜDM-in 32,8 milyon manat azalmasına səbəb olmuşdur [7, səh. 21, cədvəl 8].
Göründüyü kimi burada əldə olunmuş nəticə vahid dəyişmə əsasında izah olunur.
Lakin burada Xərclər-Buraxılış modelində son tələbin faiz dəyişməsindən istifadə olu-
nacaqdır. Ona görə də son tələbin əvəzləyicisi olan ÜDM-in də faiz dəyişməsi lazım
olacaqdır. Daha dəqiq burada gömrük-tarif dərəcəsinin bir vahid dəyişməsində ÜDM-
in neçə vahid dəyişməsini yox, gömrük-tarif dərəcəsinin bir faiz dəyişməsində ÜDM-in
neçə faiz dəyişməsi, başqa sözlə ÜDM-in gömrük-tarif dərəcəsinə görə elastiklik əmsalı
ilə izahı daha məqsədə- uygundur. Beləliklə, aşağıdakı çevrilmələri aparaq:
Elastiklik əmsalı
𝐸 =
ÜDM−in faizlə dəyişməsi
gömrük−tarif dərəcəsinin faizlə dəyişməsi
=
ƆDM%
∆gtd%
=
ƆDM
∆gtd
∗
gtd
ÜDM
,
kimi hesablanır.
Burada
gtd
- gömrük-tarif dərəcəsi, ÜDM ilə ümumi daxili məhsul işarə edilmişdir.
Kəsilməz hal üçün,
Dostları ilə paylaş: