Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   23   24   25   26   27   28   29   30   ...   163
UNEC-2021-məqalələe

Ключевые слова: 
демография, экономические факторы, модель тренда,
 
COVİD-19.
 
 
 
N.S.İsmayılov: Dünya əhalisinin dinamikası və onun ekonometrik proqnozlaşdırılması 


28 
Giriş 
Demoqrafiya ictimai elm olub, əhalinin struktur quruluşunu, paylanmasını, yerini də-
yişməsini və dinamikasında baş verən sosial, iqtisadi, bioloji və coğrafi amillər baxı-
mından, səbəb və şərtlər əsasında hadisələrin və proseslərin qanunauyğunluqlarını 
öyrənir. Demoqrafiya termini iki yunan sözündən əmələ gəlmişdir: “
demos 
- xalq, 
grapho
– yazıram”. Qısa olaraq belə ifadə etmək olar: demoqrafiya əhali haqqında 
elmdir [1, səh.4]. Fəlsəfi-sosioloji planda əhali ictimai istehsalın subyekti və eyni 
zamanda obyekti kimi nəzərdən keçirilir. Əhali demoqrafiyada sayına, yaşına və cin-
sinə görə bir-birindən fərqlənən insan nəsillərinin məcmusudur. Əhalinin bütün elm-
lərdə nəzərdən keçirilən əsas problemi onun sayının dəyişməsidir. Beləliklə, əhali 
cəmiyyətin inkişafında başlıсa rol oynayır. 
Problemin aktuallığı və demoqrafik proseslərə tarixi baxış 
Demoqrafik problemlər hələ qədim dövrlərdən həmin dövrün məşhur alimlərinin 
diqqət mərkəzində olmuşdur. Qədim yunan filosofu Platon (427-347 b.er. əvvəl) 
“ideal dövlətin” mövcudluğunun vacib şərtlərindən biri kimi vətəndaşların sayının 
məhdudlaşdırılmasını təklif etmişdir. “Dövlət” əsərində o, məsləhət etmişdir ki, “ha-
kimlər kəbinlərin sayını əvvəlcədən elə təyin etməlidir ki, vətəndaşların sayı həmişə 
ən aşağı olsun, təzə doğulanlar isə xəstəliklər, müharibə və gözlənilməyən hadisələr 
üzündən vəfat etmiş vətəndaşları əvəz etmiş olsun. Belə qərar əlaqələrin artıq artma-
sına və azalmasını xəbərdarlıq edə bilər”. 
Başqa yunan filosofu Aristotel (384 - 322 b.er. əvvəl) “Siyasət” əsərində (ikincı kita-
bında) yazırdı: “Heç nə ilə məhdudlaşmayan uşaq doğumu ona gətirib çıxara bilər ki, 
normadan artıq doğulmuş vətəndaşlar torpaq sahəsilə təmin olunmayacaq və bunun 
nəticəsində yoxsulluğa duçar olacaqlar.” 
O dövrlərdə dövlətin əhali haqqında məlumatlara böyük ehtiyacı var idi. Onun inkişaf 
qanunauyğunluqlarının ilk elmi tədqiqatı C.Qrauntun “Ölüm bülleteni haqqında adi 
və siyasi qeydlər” (1662) işi hesab olunur. Onun tərəfindən başlanmış bu tədqiqat işi 
sonralar riyazi nəzəriyyələr əsasında ciddi surətdə inkişaf etdirildi [2]. 
Demoqrafiya termininin əmələ gəlməsi fransız demoqrafı və siyasi xadim Adolf Land-
rinin (1874-1956) adı ilə bağlıdır. O, hələ əsrin əvvəllərində bəşəriyyətin demoqrafik 
inkişafının 3 tipinin konsepsiyasını təklif etmişdir: primitiv (ibtidai); aralıq və müasir; 
ümumi doğum sayının aşağı düşməsi və ölüm sayının enməsi ilə fərqlənən axırıncı 
tipin əmələ gəlməsi, onun tərəfindən XVIII əsr sənaye inqilabından müəyyən asılı-
lıqda göstərilirdi. Landri öz konsepsiyasını tamamlanmış halda 1934-cü ildə, “Demoq-
rafik inqilab” kitabında şərh etmişdir [3, səh.25-26]. 
Demoqrafiya əhali nəzəriyyəsini, siyasətinin mahiyyətini işləyib hazırlayır, ölkə, şə-
hər, vilayət, region, eləcə də Yer kürəsi əhalisinin dəyişməsi perspektivini verir. Əhali 
nəzəriyyəsinin mahiyyəti qismən əhali qanunlarında təzahür olunur. Əhali qanunu - 
əhalinin vəziyyətini, onun əmək qabiliyyətli hissəsindən istifadə üsulunu və dərə-

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin