PROQNOZLAŞDIRILMASI Daxil olub: 3 fevral 2021-ci il; Qəbul olunub: 26 aprel 2021-ci il Received: 3 Februay 2021; Accepted: 26 April 2021 N.S.İsmayılov 1 2 Dissertant, Elektron İdarəetmə Mərkəzi, UNEC 2 nizami26@rambler.ru Xülasə Tədqiqat işinin məqsədi dünya əhalisinin artımının zamandan və COVİD-19 pande-
miyasından asılılığını göstərərək, 2030-cu il üçün demoqrafik proqnozunu verməkdir.
Tədqiqat işində demoqrafik inkişafın tarixi aspektlərinə nəzər salınaraq, bəşəriyyətin
gələcək inkişafında əhalinin rolu haqqında fərziyə və konsepsiyalar təhlil edilmişdir.
Tədqiqatın aktuallığı müasir dövrün qlobal problemlərindən olan əhali artımının tən-
zimlənməsi sahəsində əsas prosesləri əhatə etməsidir. Tədqiqat işi müqayisəli təhlil və
statistik təhlil çərçivəsində ümumi elmi tədqiqat metodları əsasında, həmçinin infor-
masiyanın struktur və dinamikasının təhlili, qrafik təsviri vasitəsilə yerinə yetiril-
mişdir. İqtisadi faktorların qarşılıqlı əlaqəsi nəticəsində əmtəəyə verilən dəyərdən
gələn gəlirin faktorlar arası optimal nisbətdə bölünməməsi Maltus nəzəriyyəsi müd-
dəalarının doğruluğunun təsdiqinə gətirib çıxarmışdır. Tədqiqat nəticəsində dünya
əhalisinin artımının zamandan və COVİD-19 pandemiyasından asılılığının ekono-
metrik modeli qiymətləndirilərək proqnozlar verilmişdir. Tədqiqatın praktik əhəmiy-
yəti ondadır ki, demoqrafiya problemləri ilə məşğul olan tədqiqatçılar müəllifin əldə
etdiyi proqnozlardan yararlana bilərlər.
Açar sözlər: demoqrafiya, iqtisadi faktorlar, trend modeli, COVİD-19. WORLD POPULATION DYNAMICS AND ITS ECONOMETRIC FORECASTING N. S. Ismayılov 1 1 PhD student, Electronic management center, UNEC Abstract The aim of the study is to predict the global population for 2030, taking into account
population growth over time and the impact of the COVID-19 pandemic. In the re-
search work, having considered the historical aspects of demographic development,
hypotheses and concepts about the role of the population in the future development of
mankind were analyzed. The relevance of the study is that it covers the main processes
in the field of population growth regulation, which is one of the global problems of
our time. The solution of the tasks set in the work was carried out on the basis of the