24
sında bütün digər sektorların ümumi məhsul istehsalının artımı 0,1 faizdən aşağı ol-
muşdur. Lakin tikinti sektorunda son tələbin yüksəlməsi
emal sənayesi sektorunda
ümumi məhsul istehsalının 0,12 faiz, peşə, elm və texniki fəaliyyət sektorunda isə 0,18
faiz yüksəlməsinə səbəb olmuşdur. Göründüyü kimi hər iki sektor üzrə son tələbdə
baş verən artımın ölkə üzrə ümumi məhsul istehsalına töhfəsi (0,08 faiz) bərabər olsa
da, tikinti sektorunda son tələbin artımı daha çox
sektorda daha yüksək məhsul
istehsalı artımına səbəb olmuşdur.
Gömrük-tarif dərəcəsinin 10 faiz azalması ssenarisi əsasında kənd təsərrüfatı, meşə
təsərrüfatı və balıqçılıq, topdan və pərakəndə satış xidmətləri; avtomobillərin və moto-
sikletlərin təmiri üzrə xidmətlər və
nəqliyyat, poçt və anbar təsərrüfatı sektorlarında
son tələbin yüksəlməsi ölkə üzrə ümumi məhsul istehsalını müvafiq olaraq 0,03, 0,04
və 0,03 faiz yüksəldir.
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, topdan və pərakəndə satış xidmətləri; avto-
mobillərin və motosikletlərin təmiri üzrə xidmətlər və nəqliyyat, poçt və anbar təsərrüfatı
sektorlarının iqtisadiyyat üzrə ümumi məhsul istehsalının artımına töhfəsi bir-birinə çox
yaxın olsa da, onların ayrı-ayrı sektorlara təsirləri fərqli müşahidə olunmuşdur.
Gömrük-tarif dərəcəsinin 10 faiz azalması ssenarisi əsasında kənd təsərrüfatı, meşə
təsərrüfatı və balıqçılıq sektorunda son tələbin yüksəlməsi ən çox emal sənayesi sekto-
runda,
elektrik enerjisi, qaz, buxar və havanın kondisiyalaşdırılması
sektorunda, su
təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda və maliyyə və sığorta fəaliy-
yəti sektrounda ümumi məhsul istehsalının artımına səbəb olmuşdur. Topdan və pəra-
kəndə satış xidmətləri; avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlər sekto-
runda son tələbin artımı daha çox peşə, elmi və texniki fəaliyyət sektorunda, inzibati və
yardımçı xidmətlərin göstərilməsi sektorunda, maliyyə və sığorta fəaliyyəti sektorunda,
informasiya və rabitə sektorunda və eyni zamanda emal sənayesi sektorunda məhsul
istehsalının dəyişməsinə səbəb olmuşdur. Gömrük-tarif dərəcəsinin 10 faiz azalması
ssenarisi əsasında nəqliyyat, poçt və anbar təsərrüfatı sektorunda
son tələbin yüksəl-
məsinin təsirinin sektorial tərkibi nisbətən daha az müxtəliflik təşkil etmişdir. Belə ki,
bu sektorun ən yüksək effekti emal sənayesində olmaqla yalnız 0,04 faiz təşkil etmişdir.
Dostları ilə paylaş: