22
Cədvəl 1. Gömrük-tarif dərəcəsində 10 faiz azalma senarisi üzrə nəticələr
Burada
,
KMB-Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, M-Mədənçıxarma sənayesi, E-Emal
sənayesi, EQB-Elektrik enerjisi, qaz, buxar və havanın kondisiyalaşdırılması, STTTE-Su təchizatı,
tullantıların təmizlənməsi və emalı, T-Tikinti və tikinti işləri, TPSX-Topdan və pərakəndə satış xid-
mətləri; avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlər, NPA-Nəqliyyat, poçt və anbar təsər-
rüfatı, TYİİ-Turistlərin yerləşdirilməsi və ictimai iaşə, İR-İnformasiya və rabitə, MS-Maliyyə və sığor-
ta fəaliyyəti, DƏ-Daşınmaz əmlakla əlaqədar xidmətlər, PET-Peşə, elmi və texniki fəaliyyət, İYX-
İnzibati və yardımçı xidmətlərin göstərilməsi, DİMST-Bütövlükdə cəmiyyətə təqdim olunan dövlət ida-
rəetməsi və müdafiə sahəsində xidmətlər; məcburi sosial təminat üzrə xidmətlər, Təh-Təhsil sahəsində
xidmətlər, ƏSSX-Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, İƏİ-İstirahət, əyləncə və incə-
sənət sahəsində fəaliyyət, D-Digər sahələrdə xidmətlərin göstərilməsi
.
Mənbə: Cədvəl müəlliflər tərəfindən Xərclər-Buraxılış modelinin əsasında hazırlanmışdır.
Cədvəldən göründüyü kimi ən yüksək nəticə mədənçıxarma və tikinti sektorlarında
mövcud olmaqla bu sektorlardan yaranan multiplikativ effektlərə görə ölkə üzrə ümu-
mi məhsul istehsalının artımı 0,08 faizə bərabər olmuşdur. Daha dəqiq desək, gömrük-
tarif dərəcəsinin 10 faiz azaldılması nəticəsində bu sektroların
son tələblərində baş
verən 0,33 faizlik artım, ümumilikdə iqtisadiyyat üzrə məhsul istehsalının 0,08 faiz
yüksəlməsinə səbəb olmuşdur. Hər iki sektor üzrə nəticə eyni olsa da, onların digər
sektorlar vasitəsilə multiplikativ təsirləri fərqli olmuşdur. Belə ki, mədənçıxarma
sektorunda son tələbin 0,33 faiz yüksəlməsi nəticəsində bütün digər sektorların ümumi
məhsul istehsalının artımı 0,1 faizdən aşağı olmuşdur (bax cədvəl 1, “M” sütunu).
Lakin tikinti sektorunda bu mənzərə bir qədər fərqli müşahidə olunur. Belə ki, bu
sektorda son tələbin 0,33 faiz yüksəlməsi emal sənayesi sektorunda ümumi məhsul
istehsalının 0,12 faiz, peşə, elm və texniki fəaliyyət sektorunda isə 0,18 faiz yüksəl-
məsinə səbəb olmuşdur. Göründüyü kimi hər iki sektor üzrə son tələbdə baş
verən
artımın ölkə üzrə ümumi məhsul istehsalına töhfəsi bərabər olsa da, tikinti sektorunda
Dostları ilə paylaş: