Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 15 - 25



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   18   19   20   21   22   23   24   25   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 15 - 25 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 15 - 25 


23 
son tələbin artımı daha çox sektorda daha yüksək məhsul istehsalı artımına səbəb 
olmuşdur (bax cədvəl 3, “T” sütunu). Bu iki sektordan sonra nisbətən yüksək nəticələr 
müşahidə olunan sektorlara nümunə kimi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıq-
çılıq sektorunu, topdan və pərakəndə satış xidmətləri; avtomobillərin və motosik-
letlərin təmiri üzrə xidmətlər sektorunu və nəqliyyat, poçt və anbar təsərrüfatı sekto-
runu göstərmək olar. Belə ki, gömrük-tarif dərəcəsinin 10 faiz azalması ssenarisi əsa-
sında bu sektorlarda son tələbin 0,33 faiz yüksəlməsi ölkə üzrə ümumi məhsul 
istehsalını müvafiq olaraq 0,03, 0,04 və 0,03 faiz yüksəldər (bax cədvəl 3, “KMB”, 
“TPSX” və “NPA” sütunları). Bu üç sektorun iqtisadiyyat üzrə ümumi məhsul istehsa-
lının artımına töhfəsi də həmçinin bir-birinə çox yaxın olsa da, onların da ayrı-ayrı 
sektorlara təsirləri fərqli müşahidə olunur. Məsələn, gömrük-tarif dərəcəsinin 10 faiz 
azalması ssenarisi əsasında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda 
son tələbin 0,33 faiz yüksəlməsi ən çox emal sənayesi sektorunda (0,04 faiz), elektrik 
enerjisi, qaz, buxar və havanın kondisiyalaşdırılması sektorunda (0,06 faiz), su təchi-
zatı, tullantıların təmizlənməsi və emalı sektorunda (0,08 faiz) və maliyyə və sığorta 
fəaliyyəti sektrounda (0,03 faiz) ümumi məhsul istehsalının artımına səbəb olmuş-
dursa, topdan və pərakəndə satış xidmətləri; avtomobillərin və motosikletlərin təmiri 
üzrə xidmətlər sektoru üzrə bu özünü daha çox peşə, elmi və texniki fəaliyyət sekto-
runda (0,1 faiz), inzibati və yardımçı xidmətlərin göstərilməsi sektorunda (0,09 faiz), 
maliyyə və sığorta fəaliyyəti sektrounda (0,07 faiz), informasiya və rabitə sektorunda 
və eyni zamanda emal sənayesi sektorunda (0,04 faiz) büruzə vermişdir. Nəqliyyat, 
poçt və anbar təsərrüfatı sektoruna gəldikdə isə baxmayaraq ki, bu sektorun da ümumi 
iqtisadiyyat üzrə məhsul istehsalına töhfəsi digər iki sektorun töhfəsinə çox yaxın 
olmuşdur, lakin sektorda gömrük-tarif dərəcəsinin 10 faiz azalması ssenarisi əsasında 
son tələbin 0,33 faiz yüksəlməsinin təsirinin sektorial tərkibi nisbətən daha az müxtə-
liflik təşkil etmişdir. Cədvəl 3-ün “NPA” sütununa diqqət etsək görərik ki, bu sektorun 
ən yüksək effekti emal sənayesində olmaqla yalnız 0,04 faiz təşkil etmişdir. Qeyd edək 
ki, hər üç sektorun emal sənayesi sektoruna təsiri eyniyyət təşkil etməkdədir. 
Nəticə 
Gömrük-tarif dərəcəsinin təsirinin sektorial təhlili həyata keçirilərkən müəyyən olun-
muşdur ki, tarif dərəcəsinin 10 faiz azalması ssenarisi üzrə ən yüksək nəticə mədən-
çıxarma və tikinti sektorlarında müşahidə edilir. Belə ki, bu ssenaridə ölkə üzrə ümumi 
məhsul istehsalı 0,08 faiz yüksələ bilər. 
Mədənçıxarma və tikinti sektorları üzrə nəticə eyni olsa da, onların digər sektorlar 
vasitəsilə multiplikativ təsirləri fərqli olmuşdur. Belə ki, gömrük-tarif dərəcəsinin 10 
faiz azalması fonunda mədənçıxarma sektorunda son tələbin yüksəlməsi ssenarisi əsa-

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin