31
yaşamış ingilis iqtisadçısı C.M.Keyns əhali artımını bəşəriyyətin düçar olduğu bəd-
bəxtlikləri doğuran “şər ruh” hesab edirdi. Bundan əlavə də çoxlu konsepsiyalar deyə
bilərik, onların
demək olar ki, heç biri düzgün mövqe tutmur və əhali artımı prob-
lemini obyektiv həll etməyə qadir deyildir.
Göründüyü kimi,
əhali problemi qlobal
problemlər sistemində əsas mərkəzi yerlərdən birini tutur. Tədqiqatçıların
fikrincə,
“demoqrafık partlayışın” ən yüksək zirvəyə çatdığı vaxtlar artıq arxada qalmışdır.
1950 - 1970-ci illərdə dünyada ən yüksək təbii artım 1,8 % olmuşdur. İl baxımından
isə ən yüksək təbii artım 2,2% olmaqla 1963-cü ildə qeydə alınmışdır [7].
Əhalinin bu artım sürəti saxlanılarsa, bu, bır sıra yeni problemlər doğura bilər. De-
moqrafik proseslərin xüsusiyyətlərindən biri onların qeyri-yekcinsliyidir. Əgər inkişaf
etməkdə olan ölkələr üçün əhali sıxlığı səciyyəvidirsə, inkişaf etmiş ölkələrdə vəziyyət
əksinədir. Ona görə də demoqrafık problemlərə regional yanaşmaq lazımdır. Bu prob-
lemlərlə ərzaq, xammal və enerji problemi bilavasitə əlaqədardır. Bundan əlavə, əhali
məsələlərinə qlobal yanaşma zamanı ideoloji sinfi, sosial-siyasi prinsipləri, əxlaq nor-
malarını və s. mütləq nəzərə almaq lazımdır. Yəni əhaliyə təkcə bioloji populyasiya
kimi deyil, sosial cəhətdən fəal, məqsədyönlü qüvvə kimi baxmaq lazımdır.
Əhalinin dinamikası ənənəvi riyazi biologiyanın dominant filialı olmuşdur ki, bunun
da 210 ildən çox tarixi vardır və müasir dövrümüzdə inkişaf edərək riyazi biologiya
sahəsini xeyli genişləndirmişdir. Əhalinin dinamikasının ilk prinsipi, Maltusun əsərlə-
rinin
nümunəvi qanununa əsasən, şablonlaşmış artım modeli üzrə qiymətləndirilir.
XIX əsrin əvvəlində Bencamin Qompertz və Pyer Fransua
Verhulstun demoqrafik
araşdırmaları hökm sürmüşdür və Maltusun demoqrafik modelinə uyğunlaşdırılmışdır.
Dostları ilə paylaş: